Icma.az
close
up
RU
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır

Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 noyabr, AZƏRTAC

Koxlear implantasiya eşitmə itkisi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbi üsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən, ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlarda yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir. 2025-ci ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpası üçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

İcbari Tibbi Sığorta Agentliyindən (İTSDA) AZƏRTAC-a bildirilib ki, diaqnozu təyin etmək üçün pasiyentlər ilk növbədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət etməlidirlər. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiqləndikdən sonra əməliyyatın icrası İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş əsasında təmin edilir. Əməliyyat tibbi göstərişə və təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə həyata keçirilir.

Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, daxili cihaz (implant sistemi) və cihazın yerləşdirilməsindən 1 ay sonra təmin edilən üst cihaz (nitq prosessoru) icbari tibbi sığorta ilə qarşılanır. Məlumat üçün bildirək ki, nitq prosessoru yalnız implantasiya əməliyyatı zamanı quraşdırılır və bu zaman icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun sıradan çıxması və ya yenisi ilə əvəz olunması halları icbari tibbi sığorta təminatına daxil deyil.

Əməliyyatdan sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində 12 aylıq reabilitasiya dövrünə cəlb olunurlar. Bu müddətdə cihazda 3 dəfə səs tənzimlənməsi təmin edilir, habelə 36 seans loqoped və 36 seans psixoloq xidməti həyata keçirilir. Loqoped və psixoloq əsasən nitq qabiliyyəti olmayan uşaqlar üzərində işləyirlər. Bu zaman loqoped və psixoloq tərəfindən uşaqların eşitmə qavrayışı və nitqi inkişaf etdirilir, davranış, qavrama və ünsiyyət bacarıqlarının gücləndirilməsi üçün işlər aparılır.

Koxlear implantasiya əməliyyatı və reabilitasiya sayəsində eşitmə və danışma məhdudiyyəti olan şəxslər sosial həyata aktiv şəkildə qoşularaq, şəxsi inkişaf imkanlarını genişləndirə bilirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri