Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Açıq qapı günü keçirib YENİLƏNİB/FOTOLAR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Açıq qapı günü keçirib YENİLƏNİB/FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “1542” Çağrı mərkəzində "Açıq qapı" günü keçirib. SİA xəbər verir ki, tədbirin keçirilməsində məqsəd media və vətəndaş cəmiyyəti nümayəndələrini qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaq, həmçinin təqdim olunan yeni xidmətlər barədə məlumatlandırmaqdır.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media ilə şəffaf və effektiv kommunikasiyanın qurulması qurumun fəaliyyəti barədə operativ və dəqiq məlumatın verilməsinə imkan yaradır: “Hər il media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü təşkil edirik. Bu təşəbbüsün əsas məqsədi media ilə əməkdaşlığımızı daha da möhkəmləndirmək, fəaliyyətimizi şəffaflıq prinsiplərinə uyğun olaraq təqdim etmək, Agentliyin iş prosesi ilə yaxından tanışlıq yaratmaq və yeni xidmətlərimiz barədə ətraflı məlumat verməkdir. Agentlik olaraq hər il inkişaf edirik və xidmətlərimizi davamlı olaraq təkmilləşdiririk. Çağrı Mərkəzinin də fəaliyyətində bir sıra yeniliklər həyata keçirilib”.

Tədbirdə Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova iştirakçılara müraciətlərin cavablandırılması prosesi və tətbiq olunan yeniliklər barədə məlumat verib: “2024-cü il ərzində ümumi zəng sayı 372 114 olub. Vətəndaşlar mərkəzə zəng etdikdə ortalama olaraq 15 saniyə xətdə gözləyiblər. Zənglərin 90.49%-i 30 saniyə ərzində cavablandırılıb. Daxil olan müraciətlərin 107 653-ü müayinə və müalicə, 93 252-si göndərişlər, 17 165-i dərman vasitələri və tibbi sərflə təminat, 8351-i müharibə iştirakçıları ilə bağlı olub. Bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavablandırılıb”.

“1542” Çağrı xidməti 24/7 fəaliyyət göstərir. 45 nəfər əməkdaşdan ibarət Çağrı mərkəzi xidməti əməliyyat qrupu, araşdırma qrupu və dəstək qrupundan ibarətdir. Zənglər həm canlı rejimdə, həm də aylıq qiymətləndirmə məqsədilə mütəmadi olaraq dinlənilir, aşkar olunan nöqsanlarla bağlı əməkdaşlar təlimatlandırılır.

Həmçinin, vətəndaşların xidmətə əlçatanlığını daha da artırmaq məqsədilə Agentliyin rəsmi internet saytında yeni “Onlayn çat” xidməti istifadəyə verilib. Bura daxil olan vətəndaş müraciətləri, sorğular fasiləsiz (24/7) cavablandırılır. Cavablandırmada bot və ya süni intellekt tətbiq edilmir, Agentliyin Çağrı mərkəzinin operatorları tərəfindən bütün müraciətlər cavablandırılır. “Onlayn çat” xidmətində 10 təmsilçi fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir. Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə 7500-dən çox vətəndaş müraciəti cavablandırılıb.

Xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusu tətbiq olunmağa başlanıb. Vətəndaşlar bu sayədə zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilirlər. Aparılan sorğuların nəticələrinə əsasən ötən ilin dekabrından bu günə qədər vətəndaşların 88 %-i göstərilən xidmətdən məmnun qaldığını bildirib.

Xidmətimizə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan müraciətlər xüsusi diqqətlə qeydə alınır. Bu cür sorğu və şikayətlər araşdırma qrupu tərəfindən detallı şəkildə araşdırılır və daha sonra vətəndaşlara cavab təqdim olunur. Eyni zamanda, müraciət edən şəxslərin araşdırma prosesindən və nəticəsindən məmnun qalıb-qalmadıqlarını öyrənmək üçün onlarla yenidən əlaqə saxlanılır və vətəndaş rəyləri sistemli şəkildə qeydiyyata alınır.

“Açıq qapı” günü iştirakçıların suallarının cavablandırıldığı interaktiv sessiya ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri