Icma.az
close
up
RU
İcbari tibbi sığortadan imtina etmək olar?

İcbari tibbi sığortadan imtina etmək olar?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, yanvar ayının 1-dən etibarən icbari tibbi sığorta sistemində mühüm dəyişikliklər qüvvəyə minəcəyi gözlənilir. 

Yeni qaydalara əsasən, artıq işsiz və qeyri-rəsmi çalışan şəxslərin sığortasını dövlət deyil, həmin şəxslərin özləri ödəyəcəklər.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilən şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. 

Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.

Vətəndaşın icbari tibbi sığortadan imtina etmək hüququ varmı? Ümumiyyətlə, “icbari” hesab edilən bu mexanizmdən imtina hüququ qanunvericilikdə nəzərdə tutulubmu?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, bu mövzu hazırda gündəmi zəbt edən və bir çox vətəndaşları maraqlandıran məsələlərdən biridir:

“Əgər sığorta icbaridirsə, bu, o deməkdir ki, onun ödənilməsi məcburidir, yəni istər nəqliyyat vasitəsinin, istərsə də tibbi sığortanın növü olsun, fərq etmir, hər halda bu sığortanı ödəmək vacibdir.

Yeni qaydalara əsasən, işləməyən şəxslər belə icbari sığortanı öz hesablarına ödəməlidirlər. Hətta ödənişin vaxtında edilməməsi halında onlar müəyyən cərimələrlə üzləşə bilərlər”.

Hüquqşünas qeyd edib ki, bu tip qaydalarda müəyyən kateqoriya insanlara güzəştlər tətbiq edilməlidir:

“Məsələn, “Dövlət rüsumu haqqında” qanunda müəyyən kateqoriya şəxslər bu şəkildə təsbit olunub. Bunlar məcburi köçkünlər, qaçqınlar, müharibə veteranları və digər imtiyazlı şəxslərdir.  Hazırda edilən dəyişikliklərdə də bu hallar nəzərə alınmalıdır. 

Yəni kateqoriyalar dəqiq müəyyən edilməli, həmin kateqoriyaya daxil olan şəxslər icbari tibbi sığorta ödənişindən azad olunmalıdırlar. Əks halda, bu, vətəndaşların hüquqlarının  pozulması ilə nəticələnə bilər”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: İcbari tibbi sığorta Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri