Icma.az
close
up
RU
Ödənişsiz doğuş üçün hara müraciət etmək olar? İcbari Tibbi Sığortadan AÇIQLAMA

Ödənişsiz doğuş üçün hara müraciət etmək olar? İcbari Tibbi Sığortadan AÇIQLAMA

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər qadınlarda hamiləlik dövründə tibb müəssiəslərində doğuşun və hamiləlik müddətində həkim müayinəsinin ödənişsiz həyata keçirilməsi ilə bağlı suallar yaranır.

Hamiləlik müddətində həkim-ginekoloq xidmətlərindən ödənişsiz faydalanmaq mümkündürmü?

Bunları nəzərə alaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə hamilə qadınları maraqlandıran suallar ünvanladıq.

Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq İcbari tibbi sığortadan bildirildi ki, Xidmətlər Zərfində hamiləliklə təminata alınan tibbi xidmətlər çərçivəsində doğuş və qeysəriyyə kəsiyi əməliyyatı ödənişsiz həyata keçirilir. Bəs bu xidmətlərə nələr daxildir?

• Hamilə qadınlara doğuşaqədər ambulator mama-ginekoloji yardım və dispanser nəzarət;• Doğuş və qeysəriyyə əməliyyatı;• Stasionar yatış zamanı qidalanma və digər xərclər;• Zahılıq dövründə müayinə və müalicə;• Stasionar şəraitdə laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri;• Yenidoğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi.

Bəs doğuşun ödənişsiz şəkildə həyata keçiriləcəyi səhiyyə müəssisələri və xəstəxanalar üçün hansı ünvanlara müraciət etmək lazımdır?

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına yaxınlaşmalıdır. Həmin tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqələri təqdim edilir və doğuşun təşkili üzrə TƏBİB-in tabeliyindəki istənilən ixtisaslı tibb müəssisəsinə yönləndirilir. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, şəhər klinik xəstəxanaları, habelə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi, Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Sabunçu Tibb mərkəzi, Qaradağ Tibb Mərkəzi və s. aiddir.

Hamilə qadınlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə linkə daxil olaraq tanış ola bilər:

https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf

Qeyd edilən tibb müəssisələrində vətəndaşlar ixtisaslı həkimin müayinəsindən keçə və Xidmətlər Zərfi ilə təminata alınan müvafiq tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Vətəndaşa hər hansı tibbi xidmətin göstərilməsi müraciət etdikləri tibb müəssisəsində mümkün olmasa, bu zaman ixtisaslı həkim tərəfindən TƏBİB-in tabeliyindəki digər dövlət tibb müəssisəsinə və ya Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş verilə bilər.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Agentliyin müqavilə bağladığı tibb müəssisələri ilə linkə daxil olaraq tanış olmaq olar:

https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi

Son olaraq bildirək ki, xanımlar hamiləlik dövründə göstərilən əhatəli antenatal qulluq, habelə ana və körpəyə qulluqla bağlı hazırlanmış aşağıdakı məqalələrlə ətraflı tanış ola bilərlər:

Antenatal qulluğun aparılmasının əhəmiyyəti

İcbari tibbi sığorta çərçivəsində ana və körpəyə qulluq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Yanvar 2026 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri