Icma.az
close
up
RU
İçərişəhərdə Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib

İçərişəhərdə Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Avqustun 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə dahi şair Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, proqram İçərişəhərdə, Vahidin abidəsi önündə təqdim olunub.

Azərbaycanın Əməkdar artisti, Şuşa Musiqili Teatrının direktoru Loğman Kərimov şairin yaradıcılığının milli poeziyamız üçün əhəmiyyətindən danışaraq, onun əsərlərinin bu gün də aktual olduğunu vurğulayıb.

Aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayev və aktyor Sənan Əlləz Vahidin qəzəllərindən nümunələr səsləndiriblər.

Azərbaycan ədəbiyyatında dahi şairin xidmətlərindən söz açan Hacı Aqil Məlikov, şairin ənənələrinin bu gün də davam etdirildiyini diqqətə çatdırıb.

Xanəndə Nisbət Sədrayeva, kamança ifaçısı Toğrul Əsədullayev və tar ifaçısı Səxavət Məmmədov şairin yaradıcılığından nümunələr ifa ediblər.

Gecəyə xüsusi məna qatan məqamlardan biri isə rejissor Şahmar Ələkbərovun çəkdiyi “Qəzəlxan” (1991) tammetrajlı filmindən seçilmiş kadrlar nümayiş olunub.

Qeyd edək ki, Əliağa Vahidin heyrətamiz istedadı meyxanadan qəzələ qədər bir çox janr və istiqamətləri əhatə edən Azərbaycan poeziyasının obrazlı dilini həmişəlik dəyişib. Onun şeirləri bu gün də aktuallığını itirmədən səhnədən səslənir. Şekspirin sonetləri kimi onlar da zaman kontekstinin fövqündə yaşayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri