Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Əliağa Vahidin 130 illik yubileyi keçirildi

Əliağa Vahidin 130 illik yubileyi keçirildi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Şair–qəzəlxan Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Ə.Vahid adına kitabxana filialının birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şair-qəzəlxan Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. O, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əliağa Vahid haqqında söylədiyi fikirləri səsləndirdi.

Tədbirin aparıcısı 4 №-li kitabxana filialının müdiri v.m.i.e Kamilə Novruzova tədbir boyu Əliağa Vahidin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verdi. Şair, yazıçı, jurnalist Əvəz Qurbanlı bildirdi ki, M.Füzuli, S.Ə.Şirvani və Əliağa Vahid Azərbaycanın ədəbiyyat tarixinə düşən şairlərdir. Ə.Vahidin qəzəlləri xanəndələr vasitəsilə xalqa ötürülmüş və sevilmişdir. O qeyd etdi ki, Ə.Vahid hər zaman məşhur olan meyxana sənəti ilə də məşğul olmuşdur.

Qəzəlxan Xəqani Əmini qeyd etdi ki, Ə.Vahidin sadə dildə yazdığı qəzəllərdə dərin fəlsəfi mənalar var. Vahid hər bir ifadəni yerində işlətmişdir. Xəqani Əmini Vahidin qəzəlini səsləndirdi.

Meyxanaçı Mehman Əhmədli çıxışında bildirdi ki, Ə.Vahid sənətkarlığında həm şeir, qəzəl həm, də meyxana vəhdət təşkil etdiyi üçün o, tarixə də böyük sənətkar kimi düşüb. Bütün meyxana deyənlər onu ustad, müəllim kimi qəbul edir. Əliağa Vahid Ağasəlim Çildağ kimi də böyük bir tələbə yetişdirib. O, Ə.Vahidin ölməz sənətkar olduğunu vurğuladı.

Aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Qorxmaz Əlili (Canzadə) bildirdi ki, “Əliağa Vahidin meyxanaları” adlı kitab 1925-ci ildə nəşr olunub. O, Ə.Vahidin həyatı haqqında araşdırmalar apardığını dedi və onun anadan olmasının tarixi haqqında da maraqlı məlumat verdi.

Uşaq yazıçısı, şair, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova “Vahid Ədəbi Məclisi”nin ənənələri haqqında danışdı, bu məclislərin davamlı olacağını bildirdi.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi-esseist Əsəd Cahangir dəvət üçün təşəkkürünü bildirdi və qeyd etdi ki, Ə.Vahid bizim müasirimizdir. Onun sadə dildə yazdığı qəzəlləri söyləyənlər əziyyət çəkmirlər. Ə.Cahangir Vahidin yazdığı qəzəlin Qarabağ müharibəsinin simvoluna çevrildiyini vurğuladı. Şair, qəzəlxan, Əməkdar mühəndis, texnika üzrə fəlsəfə doktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Əli Ələmi bildirdi ki, Ə.Vahid xalqın şairidir. O, dünyasını dəyişəndə bütün şəhər onun dəfninə yığışmış və onun Fəxri Xiyabanda dəfn olunmasını istəyirdilər. Bütün bunların xalqın ona böyük sevgisindən irəli gəldiyini dedi.

Şair, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis Ə.Vahid haqqında qısa məlumat verdikdən sonra ona həsr etdiyi qəzəlini səsləndirdi.

Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov çıxışında qeyd etdi ki, bütün şairlər Vətəni, xalqı tərənnüm etməyə çalışır, amma Ə.Vahid tamam başqadır. O, bildirdi ki, Ə.Vahidə hər zaman yaşayır. Qadir Hüseynov Ə.Vahidə həsr etdiyi şeirini səsləndirdi. Şair, qəzəlxan Mahcamal Babayeva Ə.Vahid haqqında qısa məlumat verdi. Ə.Vahidi canlı görənlərdən biri olduğunu və onun qəzəllərinə təxmis yazdığını vurğuladı.

Yazıçı, ssenarist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Firudin Qurbansoy Ə.Vahidin həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdi ki, Vahidin böyüklüyü qəzəli, əruz vəznini qoruyub saxlamasındadır. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Ə.Vahid adına 1№-li kitabxana filialı məktəblilər arasında Ə.Vahidin 130 illik yubileyi ilə əlaqədar şeir və inşa müsabiqəsi keçirmişdilər. Tədbirdə müsabiqənin qalibləri Təşəkkürnamə və Diplomla təltif olundular.

Tədbirin bədii hissəsində xanəndə, Beynəlxalq və Respublika müsabiqələri laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova, 22 №-li Uşaq Musiqi Məktəbinin müəllim və şagirdi çıxış etdilər. Müsabiqənin qalibləri AMK nəzdində İncəsənət Gimnaziyasının, 225, 158, 38, 150 №-li məktəblərin şagirdləri Ə.Vahidin şeir və qəzəllərini söylədilər.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar, “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri, geniş ictimaiyyətin nümayəndələri, kitabxananın oxucuları, kitabxanaçılar iştirak etdilər.

Y.Məmmədli

Tədbirdə Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olundu:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Fevral 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri