Icma.az
close
up
RU
İçərişəhərdə vahid rəqəmsal idarəetmə sistemi yaradılır

İçərişəhərdə vahid rəqəmsal idarəetmə sistemi yaradılır

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəhərlərin inkişafı strategiyalarla deyil, onların praktik tətbiqi ilə qiymətləndirilir və uğurlu icra üçün aydın baxış və sistemli yanaşma vacibdir.

Trend xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda tədbirdə deyib.

O bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni islahat mərhələsinə başladıqdan sonra “Ağıllı Qoruq” adlı üçillik transformasiya strategiyası hazırlanıb.

“Bu strategiya tarixi irsin qorunması, rəqəmsal transformasiya, infrastrukturun modernləşdirilməsi, turizmin inkişafı, ictimai xidmətlər, dayanıqlılıq və icma yönümlü idarəetməni vahid idarəetmə sistemində birləşdirir”, - deyə o qeyd edib.

R.Mahmud vurğulayıb ki, söhbət yalnız konseptual yanaşmadan getmir.

“Hazırda iri infrastruktur layihələrindən fasadların bərpasına, mobilliyin idarə olunmasından muzeylərin modernləşdirilməsinə, ictimai xidmətlərdən rəqəmsal sistemlərə qədər bir-biri ilə əlaqəli geniş layihələr portfelini daha sistemli və layihəyönümlü idarəetmə modeli ilə həyata keçiririk”, - deyə o bildirib.

Onun sözlərinə görə, İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil olan tarixi məkan olmaqla yanaşı, sakinlərin, biznes subyektlərinin, turistlərin, nəqliyyat və şəhər idarəçiliyi proseslərinin mövcud olduğu canlı şəhər məkanıdır. “Uzun illər tarixi şəhərlər ya muzey məkanı kimi, ya da parçalanmış və reaktiv yanaşmalarla idarə olunurdu. Biz başa düşdük ki, bu model artıq dayanıqlı deyil”, - deyə o əlavə edib.

R.Mahmud bildirib ki, “Ağıllı Qoruq” yanaşması yalnız rəqəmsallaşma deyil, inteqrasiya olunmuş şəhər ekosisteminin qurulmasını nəzərdə tutur.

“Tarixi şəhərlərdə texnologiya arxa planda işləməli, mədəniyyət, memarlıq və icma isə ön planda qalmalıdır”, - deyə o vurğulayıb.

O qeyd edib ki, ilk mühüm addımlardan biri rəqəmsal kadastr sisteminin yaradılması olub.

“İlk dəfə olaraq binalar, torpaq istifadəsi, ictimai məkanlar, yeraltı infrastruktur, mühəndis-kommunikasiya xətləri və kommunal xidmətlər barədə məlumatları vahid rəqəmsal platformada birləşdirdik. Bu isə planlaşdırma, koordinasiya və operativ idarəetməni əhəmiyyətli dərəcədə yaxşılaşdırdı”, - deyə o bildirib.

R.Mahmud əlavə edib ki, tarixi şəhərlərin nəzarətsiz nəqliyyat və xaotik parklanma qarşısında həssas olduğunu nəzərə alaraq ağıllı mobillik idarəetməsi tətbiq olunub.

“İçərişəhərdə rəqəmsal nəzarət olunan nəqliyyat giriş sistemləri, tənzimlənən parklanma zonaları, avtomatlaşdırılmış ödəniş sistemləri və daha sərt nəqliyyat nəzarət mexanizmləri tətbiq etmişik. Bu, nəqliyyat yükünü azaltmağa, piyadaların rahatlığını artırmağa və tarixi şəhər mühitini daha yaxşı qorumağa kömək edib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ictimai xidmətlər və sakinlərlə kommunikasiya da əsas prioritetlərdəndir.

“Vətəndaşların müraciətlərini təqdim edə, prosesləri izləyə və administrasiya ilə birbaşa əlaqə saxlaya bildiyi mərkəzləşdirilmiş xidmət mərkəzi modeli yaratmışıq”, - deyə o bildirib.

R.Mahmud qeyd edib ki, turistlər və sakinlər üçün nəzərdə tutulmuş “İçərişəhər” mobil tətbiqi də istifadəyə verilib. “Tətbiq vasitəsilə turistlər çoxdilli naviqasiya, muzeylər, tədbirlər və mədəni marşrutlar barədə məlumat əldə edir, sakinlər isə xidmət sifariş edə və problemləri birbaşa bildirə bilirlər”, - deyə o əlavə edib.

O bildirib ki, növbəti mərhələdə ağıllı kameralar və inkişaf etmiş şəhər monitorinq sistemlərinin tətbiqi planlaşdırılır. “Bu sistemlər təhlükəsizliklə yanaşı, ictimai məkanların real vaxt rejimində necə fəaliyyət göstərdiyini anlamağa və qoruma risklərini idarə etməyə imkan verəcək”, - deyə o qeyd edib.

R.Mahmud əlavə edib ki, rəqəmsal ekosistemin genişləndirilməsi məqsədilə maliyyə və texnologiya tərəfdaşları ilə əməkdaşlıq gücləndirilir.

“Dünən "Birbank" ilə geniş strateji tərəfdaşlıq üzrə memorandum imzaladıq. Məqsəd nəqliyyat, ödəniş, bilet, rezervasiya, mədəni xidmətlər və bələdiyyə funksiyalarını vahid rəqəmsal həllər çərçivəsində birləşdirən inteqrasiya olunmuş şəhər xidmətləri ekosistemi yaratmaqdır”, - deyə o bildirib.

O vurğulayıb ki, bütün bu layihələr bir-biri ilə sıx bağlıdır.

“Rəqəmsallaşma qorumanı dəstəkləyir, qoruma turizmi inkişaf etdirir, turizm yerli biznesi gücləndirir, mədəniyyət şəhər kimliyini formalaşdırır, ictimai etimad isə uzunmüddətli dayanıqlılığı təmin edir”, - deyə R.Mahmud əlavə edib. Sonda o qeyd edib ki, tarixi şəhərlər üçün əsas məsələ modernləşmə ilə autentikliyin qorunması arasında balansın təmin edilməsidir.

“Əgər tarixi şəhərlər innovasiya, irs, dayanıqlılıq və insan mərkəzli idarəetməni uğurla birləşdirə bilsələr, gələcəyin ən güclü şəhər modellərindən birinə çevrilə bilərlər. Mən inanıram ki, İçərişəhər də belə şəhərlərdən olacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri