Icma.az
close
up
RU
İçərişəhərdə idarəetmə strukturunun optimallaşdırılması istiqamətində mühüm addım

İçərişəhərdə idarəetmə strukturunun optimallaşdırılması istiqamətində mühüm addım

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.

XQ-yə “İçərişəhər” DTMQİ Mətbuat xidmətindən bildirilib ki, dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.

Əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda iki tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub. Bu dəyişiklik idarəetmənin daha yığcam və çevik təşkilinə, təkrarlanan funksiyaların aradan qaldırılmasına və resursların daha səmərəli istifadəsinə xidmət edəcək.

Muzey və Turizm Mərkəzinin yaradılması İçərişəhərin turizm potensialının sistemli şəkildə inkişaf etdirilməsi zərurətindən irəli gəlir. Muzeylərin, mədəni məkanların və ziyarətçi xidmətlərinin vahid yanaşma əsasında əlaqələndirilməsi xidmət keyfiyyətinin yüksəldilməsinə, yeni turizm marşrutlarının və ziyarət proqramlarının hazırlanmasına, ümumilikdə ziyarətçi təcrübəsinin təkmilləşdirilməsinə imkan verəcək.

Yeni struktur çərçivəsində İdarənin Aparatında “şöbə və sektor” modelindən “departament və şöbə” modelinə keçid də nəzərdə tutulur. Əlaqəli fəaliyyət istiqamətlərinin vahid rəhbərlik altında birləşdirilməsi koordinasiyanın gücləndirilməsinə və qərarların daha operativ qəbuluna xidmət edəcək.

Optimallaşdırma çərçivəsində İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib. Bu dəyişiklik təkrarlanan və paralel funksiyaların aradan qaldırılması, dəstək funksiyalarının mərkəzləşdirilməsi və insan resurslarının prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsi ilə bağlıdır.

Struktur dəyişikliyinin əsas hədəfi idarəetmənin keyfiyyətcə yenilənməsi, mövcud imkanların İçərişəhərin tarixi-mədəni irsinin qorunmasına, sakinlərə və ziyarətçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və Qoruğun dayanıqlı inkişafına yönəldilməsidir.

Dəyişikliklər həyata keçirilərkən əmək qanunvericiliyinin tələbləri və işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatları qorunacaq.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri