Icma.az
close
up
RU
ICESCOnun Rabat şəhərindəki baş qərargahında beynəlxalq konfrans işini sessiyalarla davam etdirib

ICESCOnun Rabat şəhərindəki baş qərargahında beynəlxalq konfrans işini sessiyalarla davam etdirib

Icma.az, Report.az portalına istinadən məlumat verir.

ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” mövzusunda təşkil olunan beynəlxalq konfrans işini sessiyalarla davam etdirib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Avropa Müsəlman Liderləri Məclisi” (“Eulema”) təşkilatının sədri doktor Yəhya Pallavicinin moderatorluğu ilə “Dinlərarası harmoniya davamlı inkişafın əsas elementi kimi” mövzusunda keçirilən I sessiyada çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru Əhməd Abdullah Zayed Hegab deyib ki, dinlərin müxtəlifliyini qəbul etmək - onları təbii zənginlik kimi görməkdir. Bu isə dinlərarası harmoniya üçün ən vacib elementdir. Biz dinlərin fərqliliklərini deyil, ortaq dəyərlərini ön plana çıxarmalıyıq. Bu gün dünyada baş verən əksər münaqişələrin kökündə yanlış anlaşılmalar, dözümsüzlük və stereotiplərdən kənara çıxa bilməmək durur. Məhz buna görə də sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov bildirib ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dünyada müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birliyini yaradan ölkə kimi tanınır. Azərbaycan hökuməti müxtəlif dinlərə sitayiş edən, müxtəlif dillərdə danışan bütün etnik qrupların birgəyaşayışını təmin etmək üçün geniş və sistemli fəaliyyət göstərir. Qeyd edib ki, 1918-ci ilə qədər Azərbaycanın tərkibində olan İrəvan “məscidlər şəhəri” kimi tanınırdı. Onların hamısı məhv edilib. Bu, başqa dinlərə, xalqlara, mədəniyyətlərə münasibətin bariz nümunəsidir.

Seneqal Respublikası Prezidenti yanında Dini işlər və ərəb dili məzunlarının inteqrasiyası üzrə direktor Cim Dreym söyləyib ki ki, hər kəsin dini inanclarını azad və qorxusuz şəkildə yaşaması üçün dinlərarası anlaşma vacibdir. Bunun üçün gənclərə dinlər haqqında doğru məlumatlar vermək, fərqli dinlərin nümayəndələri arasında müntəzəm olaraq dialoqlar təşkil etmək lazımdır.

İslam elmləri üzrə tədqiqatçı, liviyalı professor Camal Əbdüssəlam əl-Həcrisi çıxışında dinlərarası dialoq və harmoniyanın əhəmiyyətini vurğulayaraq sülh və əmin-amanlığın təmin olunmasında dinlərin müsbət rolunu qeyd edib. Bildirib ki, dinlərarası münasibətlərin inkişafı, qarşılıqlı anlaşma və əməkdaşlıq dünya miqyasında davamlı sülhün qurulmasına kömək edə bilər.

London İslam Mərkəzinin direktoru, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təmsilçisi Əhməd əl-Dubayan dinlərarası münasibətlərin və birgəyaşayışın vacibliyini, müasir dünyada müxtəlif dinlərə mənsub insanların bir arada sülh və əmin-amanlıq şəraitində yaşamasının böyük önəm daşıdığını vurğulayıb. O, cəmiyyətlərdə anlaşmanın və qarşılıqlı hörmətin inkişafı üçün təhsil və mədəniyyət mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycanın dünyada humanizm prinsiplərinə sadiq, sülhsevər və tolerant ölkə kimi tanındığını deyən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsinin və beynəlxalq arenada tolerantlıq mərkəzi kimi tanınmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyev tolerantlığı dövlət siyasətinin prioritet istiqamətlərindən və əsas hədəflərindən birinə çevirib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi də bu sahəyə olan diqqətin göstəricisidir.

Azərbaycan Respublikasının Alban-udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan harmoniya və birgəyaşayışın qiymətləndirildiyi, insan ləyaqətinə yüksək verildiyi ölkədir.

Beynəlxalq konfrans işini növbəti sessiya ilə davam etdirəcək.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri