Icma.az
close
up
RU
BDU və ICESCOnun təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilir FOTO

BDU və ICESCOnun təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilir FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılış mərasimi keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Moderator.az xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 105 yaşlı Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil müəssisəsi və elm məbədi kimi elmi-tədqiqat fəaliyyətlərinin təşkili və inkişafında mühüm rol oynayıb. Universitetin fəaliyyətində elmi araşdırmaların təşkili, müasir tələblərə cavab verən infrastrukturun qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biridir. BDU-da elmi tədqiqatların effektiv təşkili üçün müasir laboratoriyalar, elmi mərkəzlər və institutlar fəaliyyət göstərir. Məhz buna görə də BDU elmi tədqiqatların təşkili və inkişafı sahəsində öz lider mövqeyini qoruyub saxlayır. BDU-nun bu uğurlarında beynəlxalq əməkdaşlığın, xüsusilə də ICESCO ilə qurulan əlaqələrin xüsusi yeri var: “ICESCO-nun dəstəyi ilə yaradılmış Biotibbi materiallar kafedrası elmi tədqiqat fəaliyyətlərində önəmli bir mərkəz kimi formalaşıb. Bu kafedranın fəaliyyəti çərçivəsində həyata keçirilən tədqiqatlar biomaterialların tibbi tətbiqləri, müasir texnologiyaların insan sağlamlığına və ekoloji problemlərin həllinə inteqrasiyası sahəsində böyük nəticələr əldə etməyə imkan yaradıb”.

Rektor diqqətə çatdırıb ki, BDU ilə ICESCO arasında əməkdaşlıq çərçivəsində biotibbi materiallar və digər qabaqcıl texnologiyalar sahəsində beynəlxalq səviyyəli tədqiqatların aparılması, tələbə və gənc alimlərin ICESCO-nun təşkil etdiyi təcrübə proqramlarında iştirakının təmini, regionda müasir elmi texnologiyaların tətbiqini təşviq edən layihələrin həyata keçirilməsi, xüsusilə də ekoloji problemlərin həlli və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün birgə təşəbbüslərin reallaşdırılması, ICESCO-nun dəstəyi ilə beynəlxalq konfransların keçirilməsi və yüksək impakt faktorlu elmi jurnallarda birgə məqalələrin dərc edilməsi istiqamətlərində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr arasında regional elmi mərkəzlərin şəbəkələşməsi və dayanıqlı inkişaf üçün innovativ texnologiyaların tətbiqi xüsusi yer tutur. Bundan əlavə, BDU təhsil və mədəniyyət sahələrində də ICESCO ilə əməkdaşlığı dərinləşdirmək, xüsusilə mədəni irsin qorunması, təhsildə rəqəmsal texnologiyaların tətbiqi və gənc nəslin qlobal çağırışlara uyğun olaraq yetişdirilməsi istiqamətlərində yeni imkanlar üzərində çalışır: “ICESCO ilə əməkdaşlığın dərinləşdirilməsi təkcə BDU-nun deyil, ümumilikdə Azərbaycanın elmi və təhsil potensialının güclənməsinə mühüm töhfə verəcək. İnanıram ki, birgə səylərimiz nəticəsində elm, təhsil və mədəniyyət sahəsində daha böyük uğurlara imza atacağıq”.

Elçin Babayev bildirib ki, Azərbaycanda elmin təşkilində müasir yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Universitetlərin elmi tədqiqat mərkəzləri kimi inkişaf etdirilməsi və tələbələrin elmi fəaliyyətə cəlb olunması elm və təhsil inteqrasiyasını gücləndirir. Rektor bu baxımdan Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxıstandan, Bolqarıstandan da nümayəndələrin iştirak etdiyi “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin faydalı olacağını bildirib.

Sonra ICESCO Baş direktorunun elm və texnologiyalar üzrə müşaviri Məhəmməd Şərifin videomüraciəti dinlənilib.

İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran son onilliklərdə universitetlərin elm, bilik öyrətməklə yanaşı, texnologiyaların, iqtisadi inkişafın əsasını qoyan mərkəzlər olduğunu qeyd edib. Xüsusilə sənaye inqilablarının dünyanın sürətlə dəyişməsində böyük rol oynadığını, universitetlərin isə bu inkişafın önündə getdiyini vurğulayıb. O, biotibb istiqamətində tədqiqatların qlobal ekoloji problemlərin həllində mühüm rola malik olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Bolqarıstanın Stefan Angelof adına Mikrobiologiya İnstitutunun professoru Milka Mileva, Qazaxıstanın Almatı Texnoloji Universitetinin Biotexnologiya kafedrasının müdiri Şolpan Abzxanova, Türkiyənin Yaşar Universitetinin Kənd təsərrüfatı bilikləri və texnologiyaları fakültəsinin dekanı İsmayıl Türkan çıxışlarında “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin iqlim dəyişiklikləri, ekoloji problemlərin həlli, biotibbin inkişafı ilə bağlı qlobal çağırışlara cavab verdiyini, müxtəlif ölkələrin universitetləri, xüsusilə gənc tədqiqatçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi baxımından faydalı olduğunu bildiriblər.

Konfransın plenar sessiyasında İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baranın “Xərçəng xəstəliyində dərmana qarşı davamlılıq” və BDU-da ICESCO-nun Biotibbi materiallar kafedrasının müdiri, professor Ülviyyə Həsənovanın “ICESCO-nun Biotibbi materiallar kafedrası: beynəlxalq əməkdaşlıq əsasında elm və tədqiqatlar” mövzularında məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri