İçindən siqaret kötüyü çıxdığı deyilən çörəklə bağlı Açıqlama + Yenilənib
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda mağazaların birində satılan çörəyin içindən siqaret kötüyü çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Məhsul Bakı şəhəri, Nizami rayonu A.Manafov ünvanında yerləşən “Qarabağ” çörək zavoduna məxsus olub.
Qeyd edək ki, daha əvvəl də mediada bu kimi məlumatlar yayılıb.
***
Məsələ ilə bağlı istehsalçı şirkət “Qarabağ” ASC-dən “Qafqazinfo”ya bildirilib ki, sosial mediada yayılan görüntü həqiqətə uyğun deyil:
“Bəzi şəxslər məqsədli olaraq 06.02.2025-ci il tаriхdə öyrədilmiş şəхs vаsitəsilə Zаbrаt qəsəbəsində yеrləşən “Ruzi” mаrkеtdən bizim müəssisəyə məхsus 1 ədəd çörək alıb. 2 gün sоnrа guyа bu çörəyin içində siqаrеt kötüyünün оlduğunu iddia еdərək sоsiаl şəbəkədə həqiqətə uyğun olmayan görüntü pаylаşıblar. Halbuki, 200-250 dərəcədə еmаl оlunаn çörəyin içində siqаrеt kötüyü qаlа bilməz. Müəssisəmizə qarşı böhtan xarakterli addımlar atan şəxslər barəsində əlimizdə tutarlı faktlar var. Onlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















