Bakıda çörəyinin içindən siqaret kötüyü çıxdı ŞİKAYƏT FOTO
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən fevralın 6-da çörək alan Y.Məmmədoğlu biabırçı hadisəylə qarşılaşıb.
Məsələylə bağlı Redaktor.az-a danışan şikayətçi bildirib ki, aldığı "Qarabağ Azərbaycandır!" adlı çörək sexinə məxsus çörəyi evdə yemək üçün kəsəndə qarşılaşdığı mənzərəni onu şoka salıb. Beləki, onun sözlərinə görə çörəyin içindən siqaret kötüyü çıxıb.
"Mən baş verən bu biabırçılıqla bağlı sizə şikayətimi bildirmək istəyirəm. Dediyim kimi, yaşadığım Zabrat qəsəbəsində "Ruzi" marketdən aldığım çörəyini evdə kəsəndə içindən siqaret kötüyü çıxdı. Gördüklərimin qarşısında həm mən, həm də ailə üzvlərim şoka düşdü. Bu cür məsuliyyətsizlik olarmı?! Axı evdə azyaşlı övladlarım var, biz bu çörəyi onlara yedizdiririk. Zavodun adına "Qarabağ Azərbaycandır!" adını seçib bu cür məsuliyyətiz şəkildə çörək bişirmək nə qədər doğrudur?!
Məsələylə bağlı dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə şikayət edib. Qurumdan bildirdilər ki, məsələ 15 iş günü ərzində araşdırılacaq və sizə məlumat veriləcək. Xahiş edirəm siz də şikayətimi ictimailəşdirəsiniz", - deyə şikayətçi bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 08 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















