Icma.az
close
up
RU
İçkiyə pul tapmayanlar bu üsula əl atır: Öldürən etil spirti zəhərlidir? ŞƏRH

İçkiyə pul tapmayanlar bu üsula əl atır: Öldürən etil spirti zəhərlidir? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Ötən ay Bakıda nə az, nə çox 16 nəfər etil spirtindən zəhərlənərək həyatını itirdi. Araşdırmalardan sonra bəlli oldu ki, "Starlyuks" əmtəə nişanı adı altında satılan bu gigiyenik vasitənin lisenziyası belə yoxdur və apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Məlum məsələdir ki, bu cür spirtlər daxilə istifadə üçündür. Bəs daxilə qəbul zamanı nə baş verir? Ümumiyyətlə, bu spirtlərin qəbulu ölümə səbəb ola bilərmi? Turkustan.az olaraq bu suallarımızı tibb üzrə elmlər doktoru Adil Qeybulla həkim-terapevt Rasif Bağırova ünvanladıq. Adil Qeybulla açıqlamasında bildirdi ki, etil spirtindən aşırı doza qəbul etdikdə yuxu effekti və ölüm baş verə bilər. Sinir sisteminin həyatı mərkəzlərinin, tənəffüs mərkəzlərinin iflicindən də ölüm halları yaşana bilər. Nəzərə almaq lazımdır ki, psixotrop maddələrin və etil spirtinin sinir sisteminə təsiri ayrı-ayrı fərdlərdə müxtəlifdir. Lakin konkret olaraq bir neçə nəfərim ölüm halının qeyd olunması göstərir ki, artıq birbaşa həmin etil spirti adlanan mayenin tərkibində problemlər var. Bütün fabrik, sənaye istehsalı olan spirtli içkilərin hamısına nəzarət gücləndirilməlidir. Təəssüflər olsun ki, şadlıq evlərinin zirzəmilərində keyfiyyətsiz spirtli içkilər hazırlanır və bu spirtli içkilər bəzən satışa da daxil olur və restoranların özündə də istifadə olunur. Bunlar qətiyyən yolverilməzdir. Spirtli içkilər müəyyən texniki şərtlərlə sənaye üsullarıyla hazırlanmalıdır. O təhlil edilməli, orqanizmə təsiri olan toksik maddələrdən tamamilə təmizlənməldir.

Təəssüflər olsun ki, bu gün spirtli içkilərdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. Spirtli içki aludəçiləri içkiyə pul tapmadıqda məcbur olub gedib aptekdən spirt adlanan dezinfenksiya edici maddələr alırlar, onu su ilə qarışdırıb qəbul edirlər. Halbuki o maddələrin üzərində yazılır ki, yalniz xarici istifadə üçün nəzərdə tutulub. Bunların daxilə qəbula qəti qadağandır. Çünki, onların tərkibində müxtəlif antiseptik, dezinfeksiya edici lakin orqanizm üçün zərərli olan toksik maddələr var. Düşünürəm ki, zəhərlənən şəxslər kustar üsulla hazırlanmış içkidən zəhərləniblər. Çünki, bu şəkildə kütləvi ölüm halların baş verməsi müxtəlif suallar doğurur. Bu insanlar dərk etməlidir ki, bu cür spirtlər istifadə edilə bilməz. Bunların konkret təyinatı yalnız xaricə istifadə üçündür. Amma təbii ki, bu spirtlər mütləq yoxlanılmalıdır, bəlkə onların tərkibində elə maddələr var ki, əllərdən də sovurulub insan orqanizminə təhlükə törədə bilər.

Həkim Rasif Bağırov açıqlamasında bildirdi ki, etil spirit sırf 96, 98%-lik şəklində içilmir. O, əsasən 40%-li spirt formasında hazırlanır və insanlara qida məhsulu kimi təqdim olunur. Amma bunun qəbulu ölüm hallarının yaranmasına səbəb olursa, deməli bu artıq zəhərlənnmədir. Əslində bu spirtlər insanda zəhərlənmə halı verə bilməz, o halda o bilər ki, normasından qat-qat artıq qəbul edilsin. Əgər az qəbulla ölüm halı yaşanırsa, deməli o spirtin tərkibi təmiz deyil, hansısa əlavə maddələr qatılıb. Bu zaman artıq həyəcan təbilinin çalınması lazımdır. Onu da qeyd edim ki, bu spirti qəbul edəndə orqanizmə asetilen daxil olur. Ancaq bu maddə o dəqiqə kəskin effekt vermir, gərək uzun müddət qəbul edə ki, qaraciyərdə və ya digər orqanlarda fəsadlar yaratsın.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Mart 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri