Icma.az
close
up
RU
İcma bəyanat yayıb Yeni Gündəm

İcma bəyanat yayıb Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcması 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb.

İcmadan ”Yeni Gundem”-ə daxil olan bəyanatda deyilir: “Ermənistan tərəfindən doğma yurdlarından zorla çıxarılmış çoxsaylı azərbaycanlıları özündə birləşdirən və onların qayıdış hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq, biz 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik. İnsan hüquqlarının universal əsaslarını təşkil edən və bizim qayıdış hüququmuzun da mənşəyi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilmişÜmumdünya İnsan Hüquqları Günü bizim haqq işimiz üçün mühüm istinad nöqtələrindən biridir.

Bu mühüm gündə Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə, insan hüquqlarını kobud şəkildə pozmağa davam etməsindən dərin narahatlığımızı bir daha ifadə edirik.

Həmçinin, bəzi xarici ölkələrin etnik və dini ayrı-seçkilik siyasəti nəticəsində bütövlükdə Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşməsindən ciddi narahatlığımızı bildiririk. Əlavə narahatedici hal ondan ibarətdir ki, bu ölkələr Azərbaycanfob, ayrı-seçkilik siyasətlərini insan hüquqları adı altında pərdələməyə çalışırlar. İnsan hüquqlarına ən böyük zərbəni məhz bu cür ikiüzlü siyasətlər vurur. Biz mahiyyətcə irqçi olan bu yanaşmaları qətiyyətlə pisləyir, bu cür hərəkətləri ifşa etmək üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyimizi bildiririk.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Ermənistanın 30 illik işğalına son qoymasını və bununla da yüz minlərlə keçmiş məcburi köçkünün hüquqlarının bərpasını alqışlayırıq. Həmçinin, qeyd etməliyik ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların dinc şəkildə qayıdış hüququnun təmin edilməsisahəsində göstərdiyi səylər, o cümlədən, İcmamız tərəfindən 5-6 dekabr 2024-cü il tarixlərində keçirilmiş qayıdış hüququna dair ikinci beynəlxalq konfransa göndərdiyi tarixi müraciəti bizim qayıdış hüququmuza və bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin icrasına böyük töhfədir.

Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdışı sahəsində davam edən səyləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xidmət edən mühüm töhfə kimi alqışlamağa və dəstəkləməyə çağırırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
İcma bəyanat yayıb
27 Noyabr 2024 15:33
seeBaxış sayı:185
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri