Icma.az
close
up
RU
ICMP nin Baş direktoru: Hələ də aşkarlanmalı olan əlavə kütləvi və gizli məzarlıqlar var MÜSAHİBƏ

ICMP nin Baş direktoru: Hələ də aşkarlanmalı olan əlavə kütləvi və gizli məzarlıqlar var MÜSAHİBƏ

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru xanım Katrin Bombergerin APA-ya müsahibəsi

Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına yönəlmiş səylər irəliləyir

- Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Ermənistanı kütləvi məzarlıqların dəqiq koordinatlarını Azərbaycana verməyə məcbur və ya təşviq etmək üçün hansı mexanizmləri mövcuddur?

- Ümumilikdə ICMP-nin fəaliyyəti hökumətlər arasında əməkdaşlığın təmin edilməsinə yönəlib. Bu, əməkdaşlıq etdiyimiz hökumətlərin texniki və hüquqi imkanlarının gücləndirilməsi, həm dövlət qurumları arasında, həm də əvvəllər münaqişə yaşamış ölkələrin hökumətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi deməkdir.

Bu, son dərəcə vacib olacaq. Biz qəti şəkildə inanırıq ki, hazırda iki hökumət arasında sülhün təmin olunmasına yönəlmiş səylər irəliləyir. Bunun bariz nümunəsi sülh sazişinin paraflanmasıdır və ümid edirik ki, o, qüvvəyə minəcək. Xüsusilə də sülh sazişinin 9-cu maddəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Ümid edirik ki, ICMP-nin Azərbaycan hökumətinə hədiyyə etdiyi məlumat bazası da daxil olmaqla, bu yeni texnologiyalar hökumətlər arasında əməkdaşlığın gücləndirilməsi və hər iki tərəfdə itkin düşmüş şəxslərin mümkün yerləşdiyi yerlərlə bağlı mühüm məlumatların paylaşılması üçün vasitə olacaq. Buraya kütləvi və ya gizli məzarlıqlar barədə məlumatlar, eləcə də Azərbaycan və Ermənistan tərəfindən paylaşılması mümkün olan digər məlumatlar daxildir.

Konfrans zamanı da qeyd etdiyim kimi, keçmiş Yuqoslaviya bunun uğurlu nümunəsidir. Həmin regionun hökumətləri itkin düşmüş şəxslərlə bağlı birgə işçi qrupu yaratdılar və 2021-ci ildə məlumatların qarşılıqlı şəkildə paylaşıldığı fəal məlumat bazası sistemini istifadəyə verdilər.

Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması istiqamətində irəliləyiş davam etdikcə, məlumat mübadiləsi imkanları da daha da genişlənəcək.

İtkin düşmüş şəxslərin sayının çox olduğu Venesuelaya da dəstək göstərməyə hazırıq

- Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ekshumasiya işləri aparır. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya bu prosesə texniki, laborator və ekspert dəstəyi göstərir?

- Bəli, hazırda biz Azərbaycana DNT analizlərinin aparılması sahəsində dəstək veririk. Bu, ICMP-nin ixtisaslaşdığı əsas sahələrdən biridir. Biz dünyanın müxtəlif bölgələrində ön cəbhədə fəaliyyət göstərmişik. Məsələn, itkin düşmüş şəxslərin sayının çox olduğu Venesuelaya da dəstək göstərməyə hazırıq.

Biz həm Azərbaycana, həm də Ermənistana texniki bacarıqlarının artırılmasında kömək edə bildiyimiz üçün böyük məmnunluq duyuruq. Bu dəstək ilk növbədə DNT analizi sahəsini əhatə edir. Buradakı laboratoriyanı ziyarət etmək və görülən işlərlə tanış olmaq imkanımız olub.

Eyni zamanda Azərbaycanın və Ermənistanın yüksək ixtisaslı alimlərini bacarıqlarını daha da artırmaq üçün Niderlanddakı laboratoriyalarımıza qəbul etmişik.

Ən böyük çətinlik adətən uzun illər keçdiyi üçün ciddi şəkildə deqradasiyaya uğramış sümük qalıqlarından DNT götürməkdir. Axı bu münaqişə uzun illər əvvəl baş verib.

Biz məhz belə ağır deqradasiyaya uğramış sümük nümunələri ilə işləmək sahəsində xüsusi təcrübəyə malikik və digər hökumətlərin nəticə əldə edə bilmədiyi hallarda biz uğurlu nəticələr qazanırıq. Hesab edirəm ki, bu, Azərbaycanın şəxsiyyəti müəyyən edilən itkinlərin sayını artırmasına mühüm töhfə verəcək.

Lakin hələ də aşkarlanmalı və qazılmalı olan əlavə kütləvi və gizli məzarlıqlar mövcuddur. Buna görə də biz bu sahədə əlavə təlimlər keçirməyi də planlaşdırırıq.

Bakıda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini cənab Şərafət Həsənov və bu məsələ üzərində çalışan digər qurumların nümayəndələrinin görülən genişmiqyaslı işlər barədə dediklərini eşitdiniz. Biz həmçinin buradakı antropoloji laboratoriyalarla tanış olmuş, ekshumasiya işlərini yerində izləmiş və onlarla əlavə təlimlərin təşkili istiqamətində əməkdaşlığa başlamışıq.

Çünki DNT əsaslı identifikasiya prosesində həm hadisə yerində aparılan işlərin, həm də morqlarda həyata keçirilən antropoloji tədqiqatların ən yüksək standartlara uyğun olması çox vacibdir. Alimlər DNT-nin ən yüksək ehtimalla əldə oluna biləcəyi sümük nümunələrinin hansılar olduğunu dəqiq müəyyən etməlidirlər.

Buna görə də bizim dəstəyimiz kompleks xarakter daşıyır. Buraya dövlət institutlarının gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, texniki imkanların artırılması və məlumat sistemlərinin inkişaf etdirilməsi daxildir. Bütün bunların məqsədi itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək, ədalətə nail olmaq və təzminat almaq hüquqlarının daha yaxşı təmin edilməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın uğur qazanmasına xidmət etməkdir ki, nəticədə regionda davamlı sülh bərqərar olsun.

Meyit qalıqları, ölümün səbəbi və şəraiti ilə bağlı bütün məlumatlar da sistemə əlavə olunur

- Yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sisteminin imkanları Azərbaycan üçün hansı üstünlükləri təmin edəcək?

- Bu məlumat sistemi çoxsaylı modullardan ibarətdir və itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası prosesinin bütün mərhələlərini əhatə edir.

Modullardan biri itkin düşmüş şəxslərin ailələri və yaxınları üçün nəzərdə tutulub. Onlar bu sistem vasitəsilə müxtəlif məlumatlar, o cümlədən genetik müqayisə nümunələri təqdim edə bilirlər.

Digər modullar isə əsasən dövlət qurumlarının istifadəsi üçündür. Sistem ekshumasiya işlərinin aparılmasından başlayaraq bütün prosesi izləyir. Sahədə toplanan məlumatlar sistemə daxil edilir, daha sonra morqa ötürülür və burada meyit qalıqları, ölümün səbəbi və şəraiti ilə bağlı bütün məlumatlar da sistemə əlavə olunur.

Sistem həmçinin DNT laboratoriyalarında aparılan iş prosesini də izləyir.

Bundan başqa o, yalnız genetik məlumatların deyil, həm də sahədə toplanmış digər məlumatların qarşılaşdırılmasını və uyğunlaşdırılmasını asanlaşdırır. Nəticədə, ümid edirik ki, itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə mümkün olan ən dolğun məlumatı əldə edə biləcəklər. Bu, yalnız DNT uyğunluğu əsasında elmi şəkildə təsdiqlənmiş şəxsiyyətin müəyyən edilməsini deyil, həm də həmin şəxsin itkin düşməsi ilə bağlı halların və şəraitin müəyyən olunmasını əhatə edir.

Məhz buna görə bu sistem olduqca mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda sistem ailələrə onlayn qaydada itkin düşmüş şəxs barədə məlumat verməyə və işlərinin hansı mərhələdə olduğunu izləməyə imkan yaradır.

Ümid edirəm ki, bu, prosesin şəffaflığını əhəmiyyətli dərəcədə artıracaq və ailələrə öz işlərinin vəziyyətini real vaxt rejimində izləmək imkanı verəcək. Onlar uzun illərdir cavab gözləyirlər və artıq həqiqəti öyrənmək istəyirlər.

Düşünürəm ki, bu sistem bir çox cəhətdən mövcud prosesi müasirləşdirəcək, kağız üzərində aparılan işi elektron formata keçirəcək, itkin düşmüş şəxslərin tapılması və identifikasiyası imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri