Icma.az
close
up
RU
Yunis Hüseynov: “Çempionluğa hələ də iddiamız var” (MÜSAHİBƏ)

Yunis Hüseynov: “Çempionluğa hələ də iddiamız var” (MÜSAHİBƏ)

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz” qış təlim-məşq toplanışını Antalyada keçir. “FutbolPress”dən gedişatı izləyə bilərsiniz.

Hazırlıq, planlar və s. köməkçi məşqçi Yunis Hüseynovla müsahibə etdik.

– Hazırlıq necə gedir?
– Özünüz də görürsünüz, yaxşı gedir, göz qabağındadır. Təəssüflər olsun, 3-4 zədəlimiz var. Onlar da artıq məşq edirlər, komandaya qısa müddətdə qoşulacaqlar.

– Transferlərlə bağlı suallar çoxdur. Neçə transfer nəzərdə tutmusuz?
– Yaxşı transferlər edib, yaxşı yerlər uğrunda mübarizə aparmaq istəyirik. Seçimlər edirik. Yəqin, 2-3 oyunçu götürərik.

– Hansı mövqelərdi?
– Alınarsa, hər mövqeyə bir oyunçu – hücum, yarımmüdafiə, müdafiə.

“Məqsəd yoxdursa, komandada işləməyə dəyməz”

– Dünən məşqdən video çəkmişdim, baş məşqçinin ən çox işlətdiyi söz – “topla oyna” idi. Amma azarkeşlər komandanın baxımlı oynamadığından şikayətlənir…
– Fanatlar həmişə məzmunlu oyun istəyir. Amma nəticə də önəmlidir. Məzmunlu oyun yox, nəticə yadda qalır. Kurban Berdıyev heç vaxt uzun ötürmələrlə oynamağın tərəfdarı olmayıb. O, qısa ötürmələrlə məzmunlu futbol istəyir. Futbolçular tapşırıqları yetirə bilmirsə, günahı rəhbərlikdə, məşqçilərdə görmək lazım deyil. İndiki toplanışda da görürsünüz, əsasən toplu məşqlərdir. Hər məşqdə də tapşırırıq ki, arxadan topla çıxaq. Qış fasiləsindən sonra daha məzmunlu, topla oynayan komanda görəcəyik. Bilirsiz, əslində, topla çox oynayırıq. Sadəcə, bəzi matçlarda nəticə önəmli olur, ona uyğun davranırsan. Biz də taktikanı rəqibə qarşı qururuq və bu formada çıxış edirik. Amma yenə deyirəm, birinci məqam nəticədir.

– Fasilədən sonra ilk oyun “Sumqayıt”ladır. İndi danışmaq tez olar, amma yəqin, təhlilləriniz var. Rəhbərlik çempionluq hədəfi qoyub. Bəs real güc, potensial nəyi göstərir?
– Hər komanda yaxşı yerlər üçün mübarizə aparır. Məqsəd budur. Məqsəd yoxdursa, komandada işləməyə dəyməz. Hədəfimiz klub rəhbərinin də dediyi kimi, yaxşı yerlər üçün mübarizə aparmaqdır. Potensialı da görürəm. Qarşıda oyun çoxdur. Bir dəfə çıxışımda demişdim zirvədən qopmamışıq. Komandanın potensialı imkan verir ki, “üçlük”də olsun. Bunu bacaracağımıza da inanıram.

– “Üçlük”də olmaq da uğurdur. Bəs rəhbərliyin çempionluq iddiası?
– Əlbəttə. Məsələn, ardıcıl üç qələbə qazansaq, liderliyə də yüksələ bilərik. Mövsümün əvvəlində yuxarıdaydıq. İndi də fərq çox deyil. Çempionluğa hələ də iddiamız var.

– Çempionatda ötən ilə nisbətən dəyişən nəsə var?
– Oyunlar bu il daha ağır keçir. Bu da legioner limitinin ləğv olunmasıyla bağlıdır. Liqaya yüksələn komandalarla da oynamaq asan deyil. Hər kollektivin legioneri var. Sürət artıb, oyunlar ağır keçir. Mənfi məqam isə odur ki, millimiz zəifləyib və bundan sonra da zəifləyəcək. Çünki yerli futbolçular komandada oynamır. Ötən il bununla bağlı məcburiyyət var idi. Amma indi baxın, bəzi komandalarda 9-10 legioner meydana çıxır. Fikirlərimin üstündə qalıram, limitin ləğvi millini zəiflədəcək.

– Çıxış yolu nədir? Nə etmək lazımdır ki, yerli oyunçular qopmasın. Belə gedişlə, 1-2 ilə oyunçu tapmaqda çətinlik çəkəcəyik.
– Millini düşünürüksə, limiti əvvəlki sistemə qaytarmalıyıq.

– Bəs klublar etiraz etsə?
– Hər məşqçi istəyər ki, limit ləğv olunsun. Bu, kluba xeyirdir. Baxın, limitin ləğvindən sonra çempionatın səviyyəsi artıb. Amma milli də var axı… Tək klubları düşünürüksə, saxlayaq limiti. Millinin də uduzmasına fikir verməyək. Amma çempionatda 12 komanda var, hərəsində mütəmadi 4 oyunçu olsa, artıq milli üçün seçim artır. Amma indi necədir? Komandalarda bir-iki yerli oyunçu oynayır, milliyə də oynamayan futbolçu çağırılanda nəticə…

“Yerlilərin xətrinə dəymək istəmərəm, amma rəqabətə dözümlülük yoxdur”

– Belə fikir var idi ki, yerli oyunçular limitin ləğvindən sonra xaricə gedib özünü sübut etməyə çalışacaq. Amma indi daha çox gedənlər qayıdır.
– Limitin ləğvindən sonra futbolçu gedib xaricdə oynayacaq deyə bir şey yoxdur. Çünki gedən əvvəldən də gedərdi. Üstəlik oynamadan getmək daha çətindir. Yerlilər elə oynamalıdır ki, xarici klubların diqqətin çəksin. Məsələn, Kvaratsxeliyaya görə skautlar Gürcüstan liqasını diqqətdə saxlayır. Amma bizdə bu potensial yoxdur axı. Düzdür, “Qarabağ”ın yerlilərinə maraq ola bilər, o da Çempionlar Liqasına görə. Bizimkilər maksimum Türkiyənin I Liqasına gedə bilər, o da təklif olsa. Yerlilərin xətrinə dəymək istəmərəm, amma rəqabətə dözümlülük yoxdur. Çalışmırıq ki, mübarizə aparaq.

– Rahatlıq var…
– Düzdür, bizim yerli oyunçularımız çox vaxt rəqabətə girmir. Demir ki, niyə mən oynamıram, o oynayır? Rəqabət aparmaq, şansı qazanmaq lazımdır. Biz bu rəqabətdə uduzuruq. Xaricə getmək məsələsi də elədir ki, gərək oynayasan, görsünlər…

– Bir neçə il əvvəl AFFA-nın elit-məşq layihəsinin rəhbəri idiniz. Bir müddət aşağı yaşlıları yaxından izlədiniz, böyük potensialının olub-olmamasını daha yaxşı bilərsiniz…
– Həftədə iki dəfə məşqlər olurdu. Hər komandanın ən yaxşılarını çağırırdıq. Yaxşılar var idi. Məsələn, iyirmi uşaq içində bir nəfərdə potensial görünürdü. Amma onun sonradan necə olacağını bilmirik. Biz 13 yaşlılara qədər qruplara nəzarət edirdik. Baxırdın ki, üzərində işləsən, nəsə alınar, ancaq uşağın qabında da nəsə olmalıdır ki, inkişaf etdirəsən. İndi akademiyalarda ola bilər, potensiallı uşaqlar çox olsun. Amma üzdə olanlar barmaqla sayılacaq qədərdir.

– Onların özlərini göstərməsi üçün yaxşı liqalar da olmalıdır…
– Hərdən xaricdə futbolçuların erkən yaşda etdikləri hərəkətə baxıram, deyirəm ki, artıq bunun qabında var. Bizdə uşaqların futbol fantaziyası zəifdir. Mənə elə gəlir ki, uşaqlara azadlıq vermək lazımdır, meydanda nəyi yaxşı bacarır, onu etsin. Gənclərə həmişə azadlıq verməliyik. Uşaqları şablon məşqlərə, qəlibə “otuzdurmaq” olmaz, onlara sərbəstlik vermək lazımdır ki, futbol improvizasiyası inkişaf etsin.

– Sizin vaxtınızda necə idi?
– ⁠Bizə futbolun texnikasını dərinliyinə qədər öyrətməyiblər. Topu veriblər, 5-5 futbol oynamışıq. Biz o oyunlarda yetişirdik. Uşaq vaxtı futbola baxırdıq, hər oyunçudan nəsə götürürdük. Səhər də məşqə gələndə deyirdik ki, dünən bu hərəkəti gördüm, görən mən edə bilərəmmi. Baxın, deməli biz nəsə özümüz etdik, öyrəndik. İndi də uşaqlara azadlıq vacibdir. Nəyi yaxşı bacarırsa, etməlidir.

“Yəni, ordan da çıxmayacağıqsa, daha nə oldu?!”

– Millinin ulduzlarından olmusunuz. Komandanın Millətlər Liqasında oyunlarından nə gözləyirsiniz? Müsbətə doğru dəyişklik olacaq?
– Müsbət olsa, yaxşı olar. Lakin indi yerli oyunçularımız çox oynamır. Bu halda nəticə olsa, yaxşıdır. Amma düşünürəm ki, Millətlər Liqasında zəif liqadayıq, qrupdan çıxarıq. Yəni, ordan da çıxmayacağıqsa, daha nə oldu?! O ki qaldı Avropa çempionatının seçmə mərhələsinə, orda çətin olacaq. Əlbəttə, istərdik ki, milli yaxşı nəticələr qazansın. Hamının arzusu budur. Özbəkistan dünya çempionatına gedir, hamı həsədlə baxır. Biz bunu istəməzdik?

– U-20 dünya çempionatına Özbəkistanla birlikdə ev sahibliyi edəcəyik. Operativ hansı işlər görmək lazımdır ki, faydalı olsun?
– Bilmirəm. Operativ olaraq, U-21-ə məşqçi qoymaq lazımdır.

– Yerli, ya əcnəbi?
– Əlbəttə, yerli. İndidən başlamaq lazımdır. Komandanı formalaşdırmaq lazımdır. Təyinat olmalı, savadlı məşqçi gəlməlidir.

– Başqa sözünüz var?
– Təşəkkür edirəm. Jurnalistlərə həmişə açıq olmuşam, hörmətlərini saxlamışam və bundan sonra da saxlayacağam.

Elçin Cəlilov
(Antalya, Türkiyə)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri