Icma.az
close
up
RU
İcra başçıları əndişədə Növbə kimdədir?

İcra başçıları əndişədə Növbə kimdədir?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev olub.

Balakəndə keçirilən əməliyyat zamanı icra başçısı ilə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb. İcra başçılarının müavinləri, rayonun baş memarının da tutulduğu deyilir. Onların barəsində araşdırmalar aparılır. 2011-ci ildən Balakən rayonuna rəhbərlik edən İslam Rzayevin korrupsiyaya bulaşdığı ehtimal edilir.

Xatırladaq ki, bundan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də DTX-nin əməliyyatı ilə həbs edilmişdi. O, qulluq mövqeyindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Şəkiliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə əvvəlcə 4 aylıq, daha sonra isə əlavə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyev hər iki məmurun vəzifədən azad olunması barədə sərəncam imzalayıb.

İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 10-a yüksəlib. Bunun ardınca yeni əməliyyatların da ola biləcəyi istisna edilmir.

Son hadisələr göstərir ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar üçün “toxunulmazlıq” dövrü başa çatır. Prezidentin dəfələrlə vurğuladığı kimi, dövlətin siyasəti şəffaf idarəçiliyin təmininə, vətəndaşlara xidmət prinsipinin möhkəmləndirilməsinə yönəlib.

Artıq bir çox rayon rəhbərləri ciddi narahatlıq içindədir. Antikorrupsiya əməliyyatları zəncirvari şəkildə davam edəcəyi üçün “növbə kimdədir?” sualı bir çox icra başçları üçün əsas müzakirə mövzusuna çevrilib.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, hər bir vəzifəli şəxs üçün qanuni araşdırma tamamilə normal bir prosedurdur:

"Son aylarda bir neçə rayonda əməliyyatlar aparılıb və həbslər həyata keçirilib. Bildiyimiz kimi, məsələ hüquq-mühafizə orqanlarının araşdırması altındadır və yekun nəticəni yalnız istintaq və məhkəmə müəyyən edə bilər.
Əsas olan budur ki, proses qanun çərçivəsində, obyektiv şəkildə və ədalət prinsipinə uyğun aparılsın. Hər bir vəzifəli şəxs üçün qanuni araşdırma tamamilə normal bir prosedurdur və ittihamlar yalnız məhkəmənin qərarı ilə təsdiqlənir.

Bu kimi hadisələr dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsipinin gücləndirilməsinə xidmət edir. Azərbaycan dövləti dəfələrlə göstərib ki, qanun qarşısında hamı bərabərdir və istənilən iddia hüquqi müstəvidə araşdırılır.

Dövlət üçün əsas məqsəd dövlət idarəçiliyində etimadı, dürüstlüyü və vətəndaş məmnuniyyətini artırmaqdır. Gərək vəzifəli şəxslər vəzifələrindən irəli gələn məsuliyyəti dərk etsin və xalqa xidməti birinci yerə qoysun".

R.Nurullayev son zamanlar həbs olunan icra başçılarının Ramiz Mehdiyevin kadrları olub-ola bilməyəcəyi ilə suala cavab olaraq bildirib: "Bu adamların Ramiz Mehdiyevin kadrları olması ilə bağlı bir şey deyə bilmərəm. Mən Ramiz Mehdiyevi həyatımda heç vaxt yaxından, heç uzaqdan da görməmişəm. Eyni zamanda kimləri necə vəzifələrə yerləşdirib, bu məsələləri də açığı mən bilmirəm. Kənarda olmuşam. O baxımdan deputat olana qədər heç bir icra bşaçısı ilə ünsiyyətim olmayıb, tanımamışam. İndi-indi mən dövlət adamlarını tanımağa başlamışam. Ona görə də, mən bu qiyməti verə bilmirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri