Icma.az
close
up
RU
İcra başçıları xüsusi nəzarət altına alındı Əməliyyatlar DAVAM EDƏCƏK

İcra başçıları xüsusi nəzarət altına alındı Əməliyyatlar DAVAM EDƏCƏK

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilir.

Bu il iki icra hakimiyyətinin başçısı oxşar əməllərə görə tutulub. Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayon icra başçısı İslam Rzayev tutularaq Bakıya gətiriliblər və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirir ki, Azərbaycanda icra hakimiyyətlərinə qarşı korrupsiya və vəzifə pozuntuları ilə bağlı aparılan yoxlamalar bundan sonra da davam etdiriləcək.

DTX ilə yanaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi da icra hakimiyyətlərində yoxlamalar aparır. Son analoji əməliyyat Qaradağ Rayon İcra Hakimiyyətində baş tutub. Rayon icra başçısının müavini Nadir Muradov və bir neçə vəzifəli şəxs torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı vətəndaşlardan rüşvət almaqda şübhəli bilinir.

Görünən budur ki, artıq ira hakimiyyətlərinə diqqət artırılıb. Onlar xüsusi nəzarət altına alınıb və hər bir hərəkətləri, gəlir və xərcləri diqqətlə izlənilir.

Modern.az-a danışan Milli Məclisin üzvü Hikmət Məmmədov qeyd edib ki, dövlət idarəetməsində qanun pozuntularının baş verməsi ehtimal olunan haldır.

Lakin hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, bu kimi hallar baş verərsə, qanuni tədbir görsün. Dövlət də bu cür davranır. Hansısa məmurun və yaxud icra hakimiyyətinin başçısının cəzalandırılması cəmiyyətdə normal qarşılanmalıdır:

“Çox yaxşı haldır ki bu cür addımlar cəmiyyətdə təqdirlə qarşılanır. Ona görə də mənə elə gəlir ki, bunu sensasiya kimi yox, adi qayda kimi başa düşməliyik. Çünki nəzarət mexanizmi, yoxlama və əməliyyatlar daim olacaqdır”.

H.Məmmədov qeyd edib ki, nəzarətin gücləndirilməsi müxtəlif üsullarla mümkündür ancaq icra hakimiyyətinə nəzarəti heç bir halda qanunverici orqanla əlaqələndirmək olmaz: “Milli Məclis hakimiyyətin müstəqil qanadı olaraq qanunverici orqandır, nəzarətedici funksiyası yoxdur. Nəzarət funksiyası icra qanadının özündə mövcuddur. Məhkəmə hakimiyyəti də öz növbəsində prosesdə qanuni və həlledici vəzifəsini daşıyır”.

Deputatın sözlərinə görə prosesdə cəzalandırmadan daha çox ibrət hadisəsi var. Məqsəd kiməsə cəza vermək yox, qanunauyğun davranışların sərgiləməsinə təşviq etmədir. Nəticə çıxartmayanın məsuliyyəti öz üzərinə düşür.

MM üzvü vurğulayıb ki, qanun ictimai münasibətlərin hər bir detalını tənzimləyə bilməz. Bu, qadağa və vəzifələr sistemidir. Qanundan kənar məqbul davranışlar isə bizim azadlığımızıdır. Davranışlarımızın hamısının yazı ilə tənzimlənməsi mümkün deyil: “Fasiləsiz olaraq Milli Məclisdə qanunların qəbul edilməsi ictimai münasibət və iş strukturlarında yaranmış və ya yaranmaq ehtimalı olan boşluqların aradan qaldırılmasna yönəlib. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar da yaxın təyinatlıdır.

Cavid Zahidoğlu
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri