Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Əməliyyatlar davam edəcək Yoxlanılamayan kənd, şəhər qalmayacaq

Əməliyyatlar davam edəcək Yoxlanılamayan kənd, şəhər qalmayacaq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilir.

Bu il iki icra hakimiyyətinin başçısı oxşar əməllərə görə tutulub. Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayon icra başçısı İslam Rzayev tutularaq Bakıya gətiriliblər və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirir ki, Azərbaycanda icra hakimiyyətlərinə qarşı korrupsiya və vəzifə pozuntuları ilə bağlı aparılan yoxlamalar bundan sonra da davam etdiriləcək.

DTX ilə yanaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi da icra hakimiyyətlərində yoxlamalar aparır. Son analoji əməliyyat Qaradağ Rayon İcra Hakimiyyətində baş tutub. Rayon icra başçısının müavini Nadir Muradov və bir neçə vəzifəli şəxs torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı vətəndaşlardan rüşvət almaqda şübhəli bilinir.

Əməliyyatdan sonra icra hakimiyyətlərinin, icra başçılarının fəaliyyəti ilə bağlı geniş müzakirələr başlayıb.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, ümumilikdə yerli idarəetmə sahəsində islahatlara ehtiyac var:

“İcra hakimiyyəti rəhbərlərinə qarşı aparılan araşdırmaların, yoxlamaların zaman-zaman şahidi olmuşuq. Çoxlu sayda cinayət əməlləri sübut olunub, məhkəmələr keçirilib, xeyli icra başçısı həbs olunub. Amma tarix göstərir ki, bununla məsələ bitmir. Söhbət yalnız fərdin cinayətindən getmir. İcra hakimiyyəti idarəetmə strukturu daxilində olan problemlərdən söhbət gedir. Aydın görünür ki, bu sistem tam özünü doğrultmur. Ona görə də düşünürəm ki, sistemin daxilində dəyişikliklərə ehtiyac var".

Deputat bildirib ki, mövcud icra hakimiyyətləri sovet dövründə Ayaz Mütəllibovun dövründə qəbul edilən əsasnaməyə uyğun fəaliyyət göstərir:

"Ölkəmizdə yerli özünü idarəetmə orqanları, bələdiyyələr yaradıldı. Təəssüflər olsun ki, bələdiyyə institutunu da biz yaxşı işlədə bilmədik. Çünki bələdiyyələrin fəaliyyəti torpaq satmaqdan, bələdiyyə sədrlərinin varlanmasından ibarət oldu. Bələdiyyələr borca düşdü, sədrlər həbs olundu. Bundan sonra bələdiyyələrin səlahiyyətləri yavaş-yavaş əllərindən alındı. Bələdiyyələrin bu gün heç zibil daşımaq səlahiyyəti yoxdur. Düşünürəm ki, bu sahədə ciddi problemlər var. Rayonların inzibati ərazi hüdudları bəllidir, amma bələdiyyələrin inzibati ərazi hüdudları bəlli deyil. Bu qəribə bir şeydir. Düşünürəm ki, yerlərdə idarəçiliklə bağlı düşünməyin vaxtı çatıb. Hesab edirəm ki, müəyyən qədər problemlər var. Bu problemlər yavaş-yavaş həllini tapır. Ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik. Qarabağda tikinti-quruculuq işləri növbəti mərhələyə keçir, 3,5 milyar vəsait ayırmışıq. Buna paralel olaraq, yerlərdə islahatlarla getməyin vaxtıdır. Hələlik yerli icra hakimiyyətlərinə dəyişiklik olmasa da, onların fəaliyyətinə daim nəzarət olmalıdır".

İcra hakimiyyətlərində əməliyyatların davamının olub-olmayacağı ilə bağlı isə E.Musayev bunları deyib:

"Bakı şəhərində də bir sıra icra hakimiyyətlərinin fəaliyyətində ciddi nöqsanların olduğu açıq-aşkar görünür. Çünki elə nöqsanlar, qanunsuzluqlar var ki, göz görə-görə olur. Ona görə hesab edirəm ki, proses başlayıbsa, daha kənd, şəhər qalmayacaq hər yeri əhatə edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri