Icma.az
close
up
RU
İcra başçılarını çətin sınaq gözləyir

İcra başçılarını çətin sınaq gözləyir

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Prezidentin köməkçisi: “İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib”

“Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı icra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. “Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Proqramı çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aqrar sahənin əsas istiqamətləri üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən etməli, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməlidirlər.

“İcra başçıları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, taxıl silolarının (taxıl siloları buğda, arpa və qarğıdalı kimi taxıl məhsullarının uzun müddət təhlükəsiz, quru və xarici təsirlərdən (yağış, istilik, zərərvericilər) qorunaraq saxlanılması üçün nəzərdə tutulmuş xüsusi anbar qurğularıdır - red.) və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə pambıqçılıq və taxılçılıqda məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirməlidirlər. Onlar yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən birinə çevirməli, bu işin təşkilatçıları qismində çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Aparılan təbliğat işinin əsasını Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı təşkil etməlidir. Şəhər və rayon icra hakimiyyətlərinin hər bir əməkdaşı, o cümlədən icra başçılarının ərazi nümayəndələri həmin çıxışı dərindən öyrənməli və təbliğat işlərini məhz bu istiqamətdə qurmalıdırlar. İcra başçıları bütün imkanları səfərbər etməklə sahibkarların və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün zəruri tədbirləri həyata keçirməlidirlər. Dövlət Proqramının icrası ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu sistemə daxil olan bütün qurumların üzərinə düşür", - deyə N.Əmirov əlavə edib.

Bundan başqa, Prezidentin köməkçisi deyib ki, özəl sektor aqrar inkişafın aparıcı qüvvəsinə çevrilməlidir: “Prezident İlham Əliyevin dediyi kimi, özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. İnvestorları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Hesab edirik ki, aqrar sahədə fəaliyyət göstərən hər bir sahibkar cənab Prezidentin bu çağırışına qoşularaq ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılmasına öz töhfəsini verməlidir. İdxal olunan məhsulların ölkə daxilində istehsalının genişləndirilməsi və bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi bütün sahibkarlar üçün əsas vəzifələrdən biri olmalıdır”.

“Dövlət Proqramının icrasında cənab Prezident tərəfindən özəl sektorun rolunun xüsusi vurğulanması bir daha göstərir ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, eləcə də texnologiya və müasir suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür. Beləliklə, qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər yaradır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsinin zəifləməsi və ya qırılması istehsalda əldə olunan nəticələrin tam iqtisadi dəyərə çevrilməsinə mane olur”, - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyun 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri