Gürcüstanı Belfastda çətin sınaq gözləyir
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstan futbol millisini Millətlər Liqasında Şimali İrlandiya ilə çətin səfər oyunu gözləyir.
İdman.Biz xəbər verir ki, qarşılaşma Belfastda keçiriləcək.
Şimali İrlandiya hazırda qrupda 7 xalla liderdir və keçirdiyi oyunlarda qapısından qol buraxmayıb. Gürcüstan isə son matçlarda hücumda məhsuldarlıq problemi yaşayır. İlk qarşılaşmada da şanslar yaratsa da, rəqib qapısına yol tapa bilməyib.
Şimali İrlandiyanın baş məşqçisi Maykl O'Nil Tbilisidə keçirilən əvvəlki oyundan sonra Gürcüstanın dörd müdafiəçili sistemə keçməsindən sonra komandasına daha çox problem yaratdığını bildirmişdi. Bu səbəbdən Gürcüstan millisinin baş məşqçisi Ramaz Svanadzenin Belfastdakı görüşdə taktiki sxemi necə quracağı əsas suallardan biridir.
Gürcüstan millisində fiziki hazırlıq da diqqət mərkəzindədir. Xviça Kvaratsxeliya, Otar Kakabadze, Laşa Dvali və Giorgi Mamardaşvili son oyunlarda demək olar ki, istirahət etməyiblər. Otar Kiteişvili isə zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Gürcüstanın ehtimal olunan start heyəti belədir:
Mamardaşvili - Kakabadze, Qoqliçidze, Dvali, Loçoşvili - Koçoraşvili, Mekvabişvili, Çakvetadze - Tsitaişvili, Zivzivadze, Kvaratsxeliya.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Oktyabr 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















