İcra başçılarının həbsi davam edəcək Növbəti kim olacaq?
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən gün Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Onun barəsində rəsmi məlumat hələlik açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, saxlanılma korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlıdır.
Bakupost.az -ın əldə etdiyi məlumata əsasən, bu həbslər davam edəcək. Xüsusilə uzun müddət vəzifədə qalan, postundan şəxsi maraqları üçün istifadə edən, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya əməlləri ilə seçilən icra başçılarının hədəfdə olduğu bildirilir. Növbəti günlərdə daha bir rayon rəhbərinin saxlanılması istisna edilmir.
Qeyd edək ki, son illər ərzində korrupsiya faktları ilə əlaqədar bir sıra icra başçıları həbs edilib.
2020-ci ildə Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov, Biləsuvarın sabiq rəhbəri Mahir Quliyev, Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Havıyev, Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov və digərləri həbs olunublar.
Dövlət başçısı tərəfindən dəfələrlə vurğulanan islahat və şəffaflıq çağırışları fonunda bu proseslərin davamlı olacağı gözlənilir.
Bakupost.az mövzu ilə bağlı əlavə detalları əldə etməyə çalışır.
Aysel,
BakuPost
Baxış sayı:52
Bu xəbər 21 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















