Icma.az
close
up
RU
İcra başçılarının vurulma prosesi davam edəcək

İcra başçılarının vurulma prosesi davam edəcək

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ RİH-in başçısı Süleyman Mikayılovun vəzifəsindən azad olunması növbənin kimdə olduğu sualını altuallaşdırıb. Bundan qabaq da bəzi rayonların icra başçıları dəyişib, Nəsimi rayonuna təyin olunan şəxs - bir ayın rəhbəri isə vəzifədən azad olunub. Həmçinin Balakənin icra başçısı həbs edilib. Mikayılovun da cinayət əməlləri haqda istintaq aparıldığı xəbərləri yayılıb.

Qeyd edək ki, Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsində olan məmurlardan biri kimi tanınsa da, icra başçısı kimi fəaliyyəti dövründə Ramiz Mehdiyevin çətiri altına keçdiyi bildirilir. Onun indi “vurulmasında” Mehdiyev amilinin də rol oynadığı istisna edilmir.

Musavat.com-un əldə etdiyi xəbərə görə, yaxın dövrlərdə icra başçılarının təmizlənməsi prosesi davam edəcək. Hakimiyyətin əlində birbaşa Ramiz Mehdiyevə yaxın olmuş, onun himayəsi ilə vəzifəyə təyin edilmiş icra başçılarının siyahısı var. “Qara siyahı”dakıların “qələminin qırılması” tədricən davam etdiriləcək. Bu prosesin sonda yerlərdə idarəetmə sisteminin dəyişditilməsi ilə nəticələnməsi də mümkündür.

Konstitusiyanın 124-cü maddəsinə görə, yerlərdə icra hakimiyyətini icra hakimiyyətləri başçıları həyata keçirir. Məhz buna görə Konstitusiyanı dəyişmədən “icra başçıları” sözü belə, dəyişdirilə bilməz. Yerlərdə dövlət hakimiyyətinin həyata keçirilməsi istiqamətində islahatlar olacaqsa, bu, Konstitusiyada və qanunlarda dəyişikliklər edilməklə həyata keçirilməli, qanunvericiliyin sistemləşdirilməsi yolu ilə kolliziyalar aradan qaldırılmalıdir.

Əldə etdiyimiz məlumata görə, 2026-cı ildə rayon icra hakimiyyətlərinin tarixə qovuşması və onların yerini Prezidentin Xüsusi Nümayəndəliyi insititutunun tutacağı ehtimalı kifayət qədər yüksəkdir. Prezident də bu yaxınlarda yerli televiziyalara müsahibəsində işğaldan azad edilmiş rayonlarda Prezidentin Xüsusi Nümayəndəliyi institutunun idarəetmə məsələsində müsbət effekt verdiyini vurğulamışdı. Bu, isə hakimiyyətin ən yuxarı qatlarında rayonların idarəetmə mexanizmində ciddi dəyişikliklərin labüdlüyü barədə fikirin get-gedə qətiləşdiyini söyləməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Fevral 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri