İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyev Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edib.
Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, rayon icra başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə Seyfəddin Dəmirli təyin olunub.
O, bu təyinatadək icra hakimiyyətində Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsində çalışıb.
Qeyd edək ki, S.Dəmirli Binəqədi RİH-də 2022-ci ildən bəri işləyir. O, əmək fəaliyyətinə 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sahə rəisi kimi başlayıb.
S.Dəmirli vaxtilə bir çox yüksək vəzifələrdə çalışmış - Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi və Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sabiq rəisi Allahverdi Dəmirovun oğludur.
Mətbuatda A.Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu barədə məlumatlar dərc olunub.
Məlumat üçün onu da bildirək ki, hazırda Bakı 6 nömrəli Yol İstismarı MMC-yə Allahverdi Dəmirovun digər oğlu Tural Dəmirli rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində onun adı MMC-nin qanuni təmsilçisi olaraq göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 04 Fevral 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















