İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qeyd olunan vəzifəyə Astanov Mütəllim Dağbəyi oğlu təyin edilib. O, bu postda bir müddət əvvəl Beyləqan Rayon İcra Hakimiyyətində vəzifəyə gedən Əliyev Eldəniz Əliqulu oğlunu əvəzləyib.
Qeyd edək ki, Eldəniz Əliyev Suraxanı RİH-də Əziz Əzizovun (hazırda Beyləqanın icra başçısı) bu rayonun başçısı olduğu dövrdə işə başlayıb. O, əvvəlcə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
1982-ci il təvəllüdlü Mütəllim Astanov isə əvvəllər Sumqayıt şəhəri, 1 saylı ərazi dairəsi üzə icra nümayəndəsi vəzifəsində çalışıb. O, “Az Motor Doktor” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dağbəyi Astanovun oğludur.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















