Icma.az
close
up
RU
İcra başçısı eyni ərazini iki şirkətə satıb Məhkəmənin qərarına əhəmiyyət verilmir

İcra başçısı eyni ərazini iki şirkətə satıb Məhkəmənin qərarına əhəmiyyət verilmir

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


İcra başçısı Elgin Həbibullayev
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.
Reyting.az
xəbər verir ki, belə bir iddianı "Star City Construction" MMC irəli sürüb.
Adıçəkilən MMC-nin Publika.az-a göndərdiyi şikayət ərizəsində bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli "çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi "Star City Construction" MMC-nin daimi istifadəsinə verilib.
Bu sərəncamdan sonra, "Star City Construction" MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılıb. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin eskiz layihəsinin razılaşdırılması barədə 14.03.2018-ci il tarixli məktub verilib.
Lakin bütün bunlardan sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı bir şirkətə də ayrılıb. Məsələ ilə bağlı "Star City Construction" MMC tərəfindən dərhal Nərimanov rayon və Bakı şəhər icra hakimiyyətlərinə, Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib.
Həmçinin qeyd edilib ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bununla bağlı da əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
Beləliklə, 16 iyul 2018-ci il tarixli "Star City Construction" MMC-yə aid sərəncam hazırda qanuni qüvvəsindədir. Lakin aradan 5 aydan çox vaxt keçməsinə baxmayaraq Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iş üzrə dərhal qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2024-cü il tarixli Qərarın icrası ilə bağlı heç bir addım atılmayıb. Ərazidə "Ailə Park" MMC tərəfindən işlərin aparılması da dayandırılmayıb.
Şirkət iddia edir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar belə yerinə yetirilmir.
Məsələ ilə bağlı mövqe öyrənmək üçün dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd olsa və sorğu ünvanlansa da cavab almaq mümkün olmayıb.









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri