Icma.az
close
up
RU
Nərimanovun başçısı bir ərazini iki şirkətə satdı Qalmaqal düşdü

Nərimanovun başçısı bir ərazini iki şirkətə satdı Qalmaqal düşdü

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bakı şəhərində çoxmərtəbəli binaların inşası ilə məşğul olan “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətini məhkəmə qərarlarını icra etməməkdə ittiham edir.

Bu barədə Axar.az-a şirkətdən daxil olan müraciətdə bildirilib.

Qeyd edilib ki, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamla Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni hündürmərtəbəli binaların tikilməsi məqsədi ilə 4,44 hektar ərazi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilib. Sərəncama əsasən layihələndirmə və planlaşdırma işləri aparılıb, zəruri razılaşmalar əldə olunub, torpaq sahəsinin geoloji təhlili və ekspertizası keçirilib. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanaraq təsdiqlənib.

Lakin 1 oktyabr 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti xəbərdarlıq və əsaslandırma olmadan həmin sərəncamı ləğv edib. Sonradan məlum olub ki, eyni ərazi Bakı Şəhər İcra Hakimiyyətinin 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə “Ailə Park” MTK-ya ayrılıb.

Şirkət qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bu əlavə isə əvvəlcədən bildirilmədən və xəbərdarlıq edilmədən həyata keçirilib. Maraqlıdır ki, həmin sərəncamda yalnız “ESRA” MMC-nin eskiz layihəsinin qüvvədən düşməsi üçün aidiyyəti quruma müraciət edilməsi qeyd olunsa da, “Star City Construction” MMC ilə bağlı belə bir bəndə yer verilməyib. Bu səbəbdən də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sərəncamdan xəbərsiz olub və 14 mart 2018-ci il tarixli, 4/244 nömrəli məktub əsasında “Star City Construction” MMC-yə aid eskiz layihə hələ də qüvvədədir.

Bu qanunsuzluqla bağlı “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində “Ailə Park” MTK olmaqla) sərəncamın ləğv edilməsinə dair məhkəmə iddiası qaldırıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-241/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunub və Nərimanov Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2018-ci il tarixli, 356 nömrəli sərəncamının “Star City Construction” MMC-yə aid hissəsi – yəni 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsi ilə bağlı bəndi ləğv edilib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1979/2024 saylı qərarı ilə isə Nərimanov Rayon İcra Hakimiyyəti və “Ailə Park” MTK-nın kassasiya şikayətləri təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Beləliklə, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncam – Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdəki binaların sökülməsi və yerində yeni çoxmənzilli binaların tikilməsi məqsədilə 4,44 ha ərazinin “Star City Construction” MMC-nin istifadəsinə verilməsini nəzərdə tutan hüquqi sənəd – hazırda qüvvədədir.

Lakin Ali Məhkəmənin qərarından altı ay keçməsinə baxmayaraq, ərazidə “Ailə Park” MTK tərəfindən tikinti işləri davam etdirilir:

“Altı ay keçməsinə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyəti Ali Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərarını icra etmir. Ərazi bizə təhvil verilməyib, layihənin icrasına başlamaq üçün heç bir şərait yaradılmayıb. Eyni zamanda, “Ailə Park”ın ərazidə apardığı tikinti və söküntü işləri dayandırılmayıb”.

Bundan əlavə, qeyd olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı 5 noyabr 2024-cü il tarixli, 2-1(112)-2242/2021 saylı iş üzrə məcburi icra vərəqəsi verilib. Həmin qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarının icrası tələb olunub və 20 gün ərzində bu barədə məhkəməyə məlumat verilməsi tapşırılıb. Lakin bu müddət keçsə də, heç bir tədbir görülməyib.

Şirkət bildirir ki, məsələ ilə bağlı Prezident Administrasiyasında dəfələrlə görüşlər keçirilib:

“Prezident Administrasiyasından dəfələrlə bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq göstəriş veriləcək. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti nə Prezident Administrasiyasının göstərişlərinə, nə də məhkəmə qərarlarına əməl edir”.

Şirkət həmçinin vurğulayır ki, onlara alternativ ərazi də təklif olunmayıb:

“Bizə ayrılmış 4,44 hektar ərazidən 2,752 hektarı “Ailə Park”a verildikdən sonra qalan 1,688 hektar da bizə təqdim edilməyib. Dəfələrlə bildirmişik ki, əgər sərəncamda göstərilən ərazinin verilməsi mümkün deyilsə, rayonun istənilən digər hissəsində bizə 4,44 hektar ərazi ayrılsın – hətta zibillik sahə olsa belə, biz layihəni orada həyata keçirməyə hazırıq. Lakin indiyədək bizə heç bir alternativ yer təklif olunmayıb”.

Qeyd edək ki, mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nərimanov İcra Hakimiyyətinə sorğu verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri