İcra başçısı vətəndaşı məhkəməyə verdi 100 manat aldı
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.
Sitat.info-nun Teleqraf-a istinadla məlumatına görə, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat
vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Ötən gün Ağdam Rayon Məhkıməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.
Məhkəmə Əziz Əzizovun tələbini qismət təmin edib. Ağdam sakininin icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.
İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.
Qeyd edək ki, "TikTok"da paylaşılan videoda icra başçısı barədə "İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox", "Mən bir dəfə görmədim ki, icra
başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul
azdır?", "Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?" kimi cümlələr işlədib.
Baxış sayı:97
Bu xəbər 24 Dekabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















