İcra başçısına görə vətəndaşı 100 manat cərimələyən hakim qınandı
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlum olduğu kimi, Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə icra başçısının xeyrinə qərar verilib.
Gununsesi.info bildirir ki, qərara əsasən, Ağdam sakini icra başçısının “şərəf və ləyaqətinin alçaldılmasına və işgüzar nüfuzunun ləkələnməsinə” yol verdiyi üçün ondan 100 manat tutularaq təzminat kimi icra başçısına verilib.
Məhkəmə Əziz Əzizovun sakindən üzr tələbini isə təmin etməyib.
Vəkil Aqil Layic isə hakimin bu qərarı ictimai qınaq yaradıb:
“TikTok”da paylaşdığı videoda Ağdam sakini icra başçısı barədə “O, varlıların icra başçısıdır, kasıbların yox”, “Mən bir dəfə görmədim ki, icra başçısı şəhid ailəsinin qapısının qarşısına qrabil töksün, büdcədə pul azdır?”, “Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?” kimi ifadələr işlədib.
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası vətəndaş nə və hansı ifadəsinə görə 100 manat təzminat ödəməlidir? Burda şərəf və ləyaqətlə əlaqəli nə var? Niyə belə hakimlər cəzalandırılmır?!”
Firuzə
Gununseai.info
Baxış sayı:108
Bu xəbər 25 Dekabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















