İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu FOTOLAR
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Nadil kəndi ərazisində fermer Elmar Abbasova məxsus 66 hektar sahədə salınmış və müasir damcı suvarma sistemləri ilə təchiz edilmiş intensiv meyvə bağı, həmçinin meyvə tingçiliyi təsərrüfatı ilə tanış olub.
AZXEBER.COM xəbər verir ki, yeni salınmış intensiv meyvə bağında Qardetta, Osirus, Kontessa, Qartaryo sortlu şaftalı və Zodiak sortlu nektarin ağacları əkilib.
Təsərrüfatda müasir aqrotexniki qaydalara uyğun becərmə işləri həyata keçirilir ki, bu da gələcəkdə yüksək və keyfiyyətli məhsul istehsalına şərait yaradır.
Qeyd olunub ki, təsərrüfatın nəzdində fəaliyyət göstərən tingçilik sahəsində alma, heyva, şaftalı, gilas tingləri yetişdirilir və istehsal olunan tinglər həm rayon daxilində, həm də digər bölgələrdə meyvəçilik təsərrüfatlarının inkişafına töhfəverir. Həmçinin təsərrüfatda 12 nəfər daimi işlə təmin olunub və mövsümi işlər zamanı əlavə işçi qüvvəsi də cəlb edilir.
Fermer E.Abbasov ölkədə kənd təsərrüfatının inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinə görə Möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, aqrar sahəyə göstərilən diqqət və qayğı fermerlərin fəaliyyətinin genişlənməsinə, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına geniş imkanlar yaratdığını bildirib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 21 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















