Icma.az
close
up
RU
İcra başçısının “bayram fürsəti” Məktəb ərazisində tikinti başladı KONKRET

İcra başçısının “bayram fürsəti” Məktəb ərazisində tikinti başladı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisinə daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib. Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Bayram tətilindən istifadə edən sahibkarlardan biri ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb”.

KONKRET.az xəbər verir ki, “Avtosfer.az”da dərc edilən bu şikayətdə qanunsuz tikintinin məhz bayram tətili günlərində həyata keçirildiyi xüsusi qeyd olunur: “Martın 20-dən etibarən tikinti işləri gecə-gündüz davam etdirilir. Vətəndaşlar həm tikintinin qanunsuz olmasından, həm də gecə saatlarında gizli şəkildə aparılmasından və bu zaman səs-küy yaranmasından şikayət edir. Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, araşdırma aparılacaq və hansısa qanunazidd əməl aşkarlandıqda müvafiq tədbirlər görüləcək”.

Əlbəttə ki, heç bir araşdırma aparılmayacaq və heç bir qanuna müvafiq tədbir də görülməyəcək! Çünki böyük ehtimalla hər şey əvvəlcədən Nizami Rayon İcra Hakimiyyəti ilə “razılaşdırılıb və necə lazımdır həll olunub”.

Məsələ ondadır ki, Azərbaycanda uzun illərdir bayram günlərində sanki oğurluq edilirmiş kimi, tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən İcra Hakimiyyəti ilə “qarşlıqlı razılaşma” əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu, buna İcra Hakimiyyəti tərəfindən “göz yumulur”. Bu “proses” məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli, guya İcra Hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmayıb. Rəsmi iş günləri başlayanda isə obyekt artıq tikilib hazır vəziyyətə gətirilmiş olur. Başqa vaxt daşı daş üstünə qoymağa imkan verməyən İcra Hakimiyyəti də ya deyir ki, artıq heç nə edə bilmərik, ya da bu halda olduğu kimi, “araşdırma aparılacağına” söz verir. Söz də elə söz olaraq qalır. Nəticədə, həmişəki kimi, pulunu verib icazə alan istədiyini zəbt edir, tikir, verməyən tikmir…

Qeyd edək ki, hazırda Nizami rayonunun icra başçısı 2022-ci ildə bu vəzifəyə təyin olunan Coşqun Cəbrayılovdur. O, həmin vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəl isə Səbail rayonu və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutub. Yəni, belə işlərdə kifayət qədər “təcrübəsi” var. Kimə nə vaxt, necə və neçəyə “göz yummaq” lazım olduğunu da yəqin ki, çox gözəl bilir. Odur ki, belə rayon rəhbərləri üçün xüsusilə də uzunmüddətli bayram tətilləri lap göydəndüşmə fürsət olur. Nəzərə alsaq ki, budəfəki bayram tətili 12 gün davam edəcək, rayon ərazisində nə qədər qanunsuz tikintiyə göz yumulduğunu təsəvvür etmək çətin olmaz.

Təbii ki, Nizami icra Hakimiyyəti bu və buna bənzər tikintilərdən xəbərsiz olduğunu, bunu görmədiyini deyə bilər. Görmürdüsə, indi görsün, buyurub araşdırma aparsın və qanunsuz tikintini dayandırsın. Ya da elan etsin ki, Nizami rayonunda qanunsuz tikililər üçün “bayram fürsəti davam edir!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri