Icma.az
close
up
RU
NİZAMİNİN İCRA BAŞÇISINDAN “BAYRAM FÜRSƏTİ” Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurlur”?

NİZAMİNİN İCRA BAŞÇISINDAN “BAYRAM FÜRSƏTİ” Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurlur”?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisinə daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib. Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Bayram tətilindən istifadə edən sahibkarlardan biri ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb”.

“AzPolitika” xəbər verir ki, “Avtosfer.az”-da dərc edilən bu şikayətdə qanunsuz tikintinin məhz bayram tətili günlərində həyata keçirildiyi xüsusi qeyd olunur: “Martın 20-dən etibarən tikinti işləri gecə-gündüz davam etdirilir. Vətəndaşlar həm tikintinin qanunsuz olmasından, həm də gecə saatlarında gizli şəkildə aparılmasından və bu zaman səs-küy yaranmasından şikayət edir. Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, araşdırma aparılacaq və hansısa qanunazidd əməl aşkarlandıqda müvafiq tədbirlər görüləcək”.

Əlbəttə ki, heç bir araşdırma aparılmayacaq və heç bir qanuna müvafiq tədbir də görülməyəcək! Çünki böyük ehtimalla hər şey əvvəlcədən Nizami Rayon İcra Hakimiyyətilə “razılaşdırılıb və necə lazımdır həll olunub”.

Məsələ ondadır ki, Azərbaycanda uzun illərdir bayram günlərində sanki oğurluq edilirmiş kimi, tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən İcra Hakimiyyəti ilə “qarşlıqlı razılaşma” əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu, buna İcra Hakimiyyəti tərəfindən “göz yumulur”. Bu “proses” məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli, guya İcra Hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmayıb. Rəsmi iş günləri başlayanda isə obyekt artıq tikilib hazır vəziyyətə gətirilmiş olur. Başqa vaxt daşı daş üstünə qoymağa imkan verməyən İcra Hakimiyyəti də ya deyir ki, artıq heç nə edə bilmərik, ya da bu halda olduğu kimi, “araşdırma aparılacağına” söz verir. Söz də elə söz olaraq qalır. Nəticədə, həmişəki kimi, pulunu verib icazə alan istədiyini zəbt edir, tikir, verməyən tikmir…

Qeyd edək ki, hazırda Nizami rayonunun icra başçısı 2022-ci ildə bu vəzifəyə təyin olunan Coşqun Cəbrayılovdur. O, həmin vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəl isə Səbail rayonu və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutub. Yəni, belə işlərdə kifayət qədər “təcrübəsi” var. Kimə nə vaxt, necə və neçəyə “göz yummaq” lazım olduğunu da yəqin ki, çox gözəl bilir. Odur ki, belə rayon rəhbərləri üçün xüsusilə də uzunmüddətli bayram tətilləri lap göydəndüşmə fürsət olur. Nəzərə alsaq ki, budəfəki bayram tətili 12 gün davam edəcək, rayon ərazisində nə qədər qanunsuz tikintiyə göz yumulduğunu təsəvvür etmək çətin olmaz.

Təbii ki, Nizami icra Hakimiyyəti bu və buna bənzər tikintilərdən xəbərsiz olduğunu, bunu görmədiyini deyə bilər. Görmürdüsə, indi görsün, buyurub araşdırma aparsın və qanunsuz tikintini dayandırsın. Ya da elan etsin ki, Nİzami rayonunda qanunsuz tikililər üçün “bayram fürsəti davam edir!”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Mart 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri