İcra hakimiyyəti iki qəsəbədə abadlıq işlərinə 356 min manat ödəyəcək
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Şəfəq və Mehdiabad qəsəbələrində abadlıq və təmir işləri üçün “Proqress İnşaat EN” MMC -yə 352 min 643 manat 29 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Həsən Məcidov ev 14-də yerləşir. Qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğlu olan “Proqress İnşaat EN” MMC Abşeron rayon İcra Hakimiyyətinin abadlıq və təmir işlərilə bağlı keçirdiyi əksər tender müsabiqələrində qalib olur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:İcra Hakimiyyəti bu şirkətə 333 min manat ödəyəcək
05 Dekabr 2025 14:08
İcra hakimiyyəti 12 bayrağa 12 min manat ödəyəcək
11 Sentyabr 2026 17:30
Lənkəran Şəhər İcra Hakimiyyəti abadlıq işlərinə 1.4 milyon xərclənəcək
27 Noyabr 2025 09:34
İcra Hakimiyyəti vergi borcu olan şirkətə yolların təmiri üçün 234 min manat ödəyəcək
29 Oktyabr 2026 15:23
Sumqayıt İcra Hakimiyyəti Nigar Bağırovdan yenə gül alır 145 min ödəyəcək
03 İyun 2025 17:09
Baxış sayı:147
Bu xəbər 08 May 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















