İcra Hakimiyyəti vergi borcu olan şirkətə yolların təmiri üçün 234 min manat ödəyəcək
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Avtoyoltıkıntıservıs” MMC (VÖEN – 1904350701) olub.
İcra Hakimiyyəti 2026-cı ildə Ağcabədi şəhərinin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, Zəfər yolu küçəsində və Bayraq meydanında cari təmir işləri işləri üçün “Avtoyoltıkıntıservıs” MMC-yə 238 min 800 manat 26 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 100 manat olan “Avtoyoltıkıntıservıs” MMC 2020-ci ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev, ev 195, m. 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.
Tenderin qalibi olan “Avtoyoltıkıntıservıs” MMC-nin hazırda (29.10.2026) dövlət büdcəsinə 35 min 595 manat 14 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“Avtoyoltıkıntıservıs” MMC oktyabr ayının 6-da tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman vergi borcu son 23 gündə yaranıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:İcra Hakimiyyəti bu şirkətə 333 min manat ödəyəcək
05 Dekabr 2025 14:08
Xızı İcra Hakimiyyəti vergi borcu olan şirkətə yol çəkdirir
09 Avqust 2025 14:52
İcra hakimiyyəti 12 bayrağa 12 min manat ödəyəcək
11 Sentyabr 2026 17:30
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı
29 Aprel 2026 11:46
İcra hakimiyyəti iki qəsəbədə abadlıq işlərinə 356 min manat ödəyəcək
08 May 2026 11:56
Baxış sayı:125
Bu xəbər 29 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















