Icma.az
close
up
RU
İcra Hakimiyyətinin baş mühasibinə kələk gəliblər Bakıda ev almaq istəyərkən...

İcra Hakimiyyətinin baş mühasibinə kələk gəliblər Bakıda ev almaq istəyərkən...

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda ev almaq istəyən məmurun 65 min manatı mənimsənildiyi üçün şirkət rəhbəri həbs edilib. 

Mia.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, zərərçəkmiş şəxs Yevlax şəhər İcra Hakimiyyətinin Sektor müdiri-baş mühasibi Məmtiyev Raquf Rəhim oğludur. 

Məmur İsa adlı şəxs tərəfindən dələduzluğa məruz qalıb. Belə ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bərdə şöbəsinin müdiri işlədiyi dönəmdə Bakıda ev almaq istəyib.

Buna görə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində guya 3 bloklu, 16 mərtəbəli, hər mərtəbədə 4 mənzil inşaa edəcəyini deyən İsa adlı tikinti şirkətinin rəhbəri ilə görüşüb. İsa Raqufu sözügedən ünvanda 16 mərtəbəli bina tikdirəcəyinə inandırıb və ona həmin binada 95-100 kv.metr mənzil satacağını bildirib. Bu məqsədlə Raqufla müqavilə bağlayaraq, ondan 65.000 min manat pul alıb.

Raquf Məmtiyev binanın tikintisini 2014-cü ildən 2023-cü ilə kimi gözləyib. Lakin məlum olub ki, İsanın Zərdabi küçəsində yerləşən torpaq sahəsinə dair heç bir hüquq və sərəncam vermək barədə, habelə həmin torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etdirməsi haqqında hər hansı bir sənədi yoxdur. 

İsa iranlı iş adamı, 26 ildir Bakıda yaşayan Esmael Zadehi də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən torpaq sahəsini sənədləşdirrmək adı ilə aldadıb və 26000 manat pulunu mənimsəyib. 

Hər iki iş üzrə təqsirləndirilən İsa ötən ilin mart ayının 23-də saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayə işi açılıb. Məhkəmənin qərarı ilə ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Raquf Məmtiyev "Təmir-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi, baş direktoru olub. O, şirkətini 2021-ci ilin yanvar ayının 15-də öz yaxını Hacıyev Elnur İsa oğlunun adına keçirib. 

Baş mühasibin şirkəti Yevlaxda dəyəri yarım milyon manatdan çox tenderlərin qalibi etməyi bacarıb. Təkcə 18.07.2023-cü ildə Yevlax İcra Hakimiyyətinin şəhərdə yolların əsaslı təmiri işləri ilə əlaqədar elan etdiyi 541.472,25 AZN-lik tenderin qalibi olub. Qurum Yevlaxda 2022-ci ildə ümumi maliyyə dəyəri 642.390,4 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Fevral 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri