Icma.az
close
up
RU
İcra hakimiyyətləri ləğv olunur? Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…

İcra hakimiyyətləri ləğv olunur? Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu günlərdə Dövlət Təhlükəsizlk Xidmətinin keçirdiyi əməliyyatla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Bakıvaxtı.az xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev Musa Şəkiliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalayıb. Onu da bildirək ki, M.Şəkiliyev Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.

Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.

Qərara əsasən Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Şəkiliyev Azərbayanda saxlanılan ilk icra başçısı deyil. Belə ki, müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın bəzi rayonlarında bu kimi əməliyyatlar həyata keçirilib. Bir neçə icra başçısı həbs edilib. Uzun müddət vəzifədə qalan, postundan şəxsi maraqları üçün istifadə edən, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya əməlləri ilə seçilən vəzifəli şəxslərin bundan sonra da cəzalandırılacağına şübhə yoxdur. Yəni ölkə başçısının etimadını doğrultmayan istənilən məmur həm vəzifəsindən uzaqlaşdırılacaq, həm də qanunsuz əməllərinə görə məhkəmə qarşısında cavab verəcək.

Hər belə məsələlər gündəmə gələndə Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilib, əvəzində xüsusi nümayəndəliyin yaradılmasına dair iddialar dolaşır. Bəs çıxış yolu nədir?

Bakıvaxtı.az-ın bu sualını cavablandıran sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkədə prinsipcə hansısa uğurlu idarəçilik formasına keçilməlidir:

“İcra başçıları da prezidentin nümayəndələridirlər. Onları da prezident təyin edir. Amma dövlətçilik baxımından onun müəyyən variantları var. Bütün versiyaları təhlil etmək lazımdır”.

Elmar Məmmədyatrov: Prezident Administrasiyasının aidiyyəti şöbəsinin xüsusi işçiləri əllərini düymənin üstündə saxlamalıdırlar

Müsahibimiz xatırladıb ki, SSRİ-dən sonra Yeltsinin vaxtında qərar qəbul etdilər ki, Rusiya Federasiyasında qubernatorlar müstəqil olmalıdırlar:

“Onlar da müstəqil olarkən, hərəsi özünü şah elan etdi və müəyyən mənda Moskvanın idarəçliyinə tabe olmurdular. Sonradan Rusiya bu idarəçilik üsulunu dəyişdi və indi qubernatorlar tam şəkildə Moskvanın nəzarətindədirlər. Rusiya böyük ölkədir. Moskvada insanlar işə gələndə Vladivostokda yatmağa gedirlər”.

“Azərbaycan isə balaca ölkədir. Hansıa icra başçıları özlərini Şah Abbas kimi aparırlarsa, onlara nəzarət etmək lazımdır” deyən Elmar Məmmədyarov vurğulayıb ki, Prezident Administrasiyasının aidiyyəti şöbəsinin xüsusi işçiləri əllərini düymənin üstündə saxlamalıdırlar.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri