Icma.az
close
up
RU
İcra hakimiyyətlərindən “İmza at, pul qazan” oyunu KONKRET

İcra hakimiyyətlərindən “İmza at, pul qazan” oyunu KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Bakıda və Bakıətraflı ərazilərdə çoxmərtəbəli yaşayış binalarının birinci mərtəbələrinin restoran, kafe, xəstəxana və digər iaşə obyektlərinə çevrilməsi kütləvi hal alıb. İcra hakimiyyətlərinin “razılığı” ilə həyata keçirilən bu proses çox vaxt formal sənədlərlə rəsmiləşdirilir, amma təhlükəsizlik baxımından demək olar ki, heç bir real nəzarət aparılmır.

Əslində isə bu icazələr daha çox gəlir mənbəyi kimi təqdim olunur: birinci mərtəbələrin kommersiya obyektlərinə çevrilməsi yüksək məbləğlərlə rəsmiləşdirilir və nəticədə sakinlərin təhlükəsizliyi kağız parçalarının altında basdırılır.

Bu səhlənkarlığın, daha doğrusu, açıq-aşkar məsuliyyətsizliyin nəticəsi kimi binaların içi restoran tüstüsü ilə dolur, ventilyasiya qurğuları ümumi havaçəkmə xəttinə birləşdirilir, mətbəx yağları borularda yığılır, qaz və elektrik xətləri həddindən artıq yüklənir. Amma icra hakimiyyətləri bunları “görmür” və ya görmək istəmir. Çünki görmək onları məsuliyyətə aparır.

Yasamal rayonunda 21 noyabr 2025-ci ildə baş verən ölümcül hadisə bunun ən sarsıdıcı sübutudur. Mirəli Seyidov küçəsindəki binada başlayan yanğın nəticəsində üç nəfər – 7 yaşlı Arzu Qənbərli, Samir Məmmədov və Könül Hümbətova – tüstüdən boğularaq həlak oldu. 20-dən çox sakin isə zəhərlənərək xəstəxanaya yerləşdirildi. İstintaq zamanı məlum oldu ki, binanın zirzəmisi və birinci mərtəbəsindəki qeyri-yaşayış obyektində normativlərə zidd müdaxilələr var və obyekt rəhbəri saxlanılıb.

Amma sual edilir ki, bu obyektə orada fəaliyyət göstərmək üçün icazəni kim verib? Ən başlıcası – bu icazə hansı məsuliyyətsiz imzanın nəticəsidir?

KONKRET.az xəbər verir ki, Fövqəladə hallar üzrə ekspert Elçin Quliyev nocommentaz-a deyib ki, binaların ilk mərtəbələrində iaşə fəaliyyəti icazəsi verən qurumların böyük hissəsi obyektin təhlükəsizlik vəziyyətini real yoxlamır:

“Kağız üzərində hər şey qaydasında görünür, amma orada yanğın avtomatik söndürmə sistemi yoxdur, ventilyasiya kanalı sertifikatlaşdırılmayıb, qaz xətti normativə uyğun deyil. Belə obyektlər yaşayan bina deyil, potensial partlayış nöqtəsidir.”

Hüquqşünas Leyla Məmmədova saytımıza verdiyi açıqlamada bildirib ki, icra hakimiyyətləri belə obyektlərə icazə verdiyi anda artıq hüquqi məsuliyyət daşıyır.

“Faciə baş verdikdə təkcə obyekt sahibi deyil, icazəni verən dövlət məmuru da cavab verməlidir. Təəssüf ki, bizdə bu mexanizm işləmir. Məmur imza atır, pul gəlir, obyekt açılır. Daha sonra ölən ölər, yanan yanar. Bu, qanunsuzluqla yanaşı, insan həyatına açıq hörmətsizlikdir.”

Hüquqşünasın sözlərinə görə, hər kəs bilir ki, bu proses tək bir obyektlə məhdudlaşmır. Bakının əksər rayonlarında binaların altı faktiki olaraq “kommersiya məhəlləsi”nə çevrilib. İnsanlar evində rahat nəfəs almaq əvəzinə restoran qoxusuna, tüstüyə, səs-küyə məhkum edilir. Bu obyektlərin böyük hissəsi ya icazəni sual altındakı yollarla alıb, ya da ümumiyyətlə qanunsuz şəkildə fəaliyyət göstərir.

“Ən təhlükəlisi isə budur: dövlət qurumları bu xaosu görür, amma qarşısını almaqda maraqlı görünmür. Yasamal faciəsi bir daha sübut etdi ki, təhlükəsizlik pozuntuları yığılandan sonra gec olur — nəticədə insanlar ölür. İcra hakimiyyətlərinin səhlənkarlığı təkcə narazılıq yox, artıq birbaşa cinayət nəticəsi doğurur.

Əgər bu qurumlar öz imzalarının ağırlığını anlamırsa, o zaman bu imzaların insan həyatına vurduğu zərəri cəmiyyət onlara xatırlatmalıdır. Məsələ açıqdır: ya bu qeyri-yaşayış çevrilmələri tam dayandırılmalıdır, ya da hər obyekt müstəqil təhlükəsizlik auditindən keçmədən bir divar da boyanmasına icazə verilməməlidir. Əks halda, Yasamaldakı kimi faciələr davam edəcək və hər dəfə eyni qurumlar “araşdırılır”, “ölkə rəhbərliyi tapşırıq verir”, “iş qrupu yaradılır” ifadələrinin arxasında gizlənəcək” , – deyə Məmmədova qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri