Messi antirekorda imza atıb KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində eyni turnir ərzində iki penalti zərbəsini qola çevirə bilməyən ilk futbolçu olub.
KONKRET.az “Report”a istinadla xəbər verir ki, Messi DÇ-2026-nın 1/8 final mərhələsində Misir millisinə qarşı oyunun 21-ci dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Onun vuruşunu qapıçı Mustafa Şubir dəf edib.
Bundan əvvəl isə Messi qrup mərhələsinin II turunda Avstriya millisi ilə keçirilən və Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə penalti zərbəsini qaçırmışdı.
Beləliklə, Messinin mundiallarda oyun vaxtı yerinə yetirdiyi, lakin qola çevirə bilmədiyi penaltilərin sayı dördə çatıb ki, bu da turnirin tarixində ən pis göstəricidir. Burada yalnız matç zamanı vurulan 11 metrlik cərimə zərbələri nəzərə alınır, penaltilər seriyası isə bu statistikaya daxil edilmir.
Qeyd edək ki, Argentina millisinin kapitanı 2022-ci ildə dünya çempionatının qızıl, 2014-cü il mundialının gümüş mükafatçısı olub. O, həmçinin 2008-ci ildə Olimpiya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, eyni zamanda, 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstərici üzrə dünya rekorduna sahibdir.
Baxış sayı:123
Bu xəbər 07 İyul 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















