Icma.az
close
up
RU
İcra hakimiyyətlərini gözləyən aqibət Balakən əməliyyatından sonra...

İcra hakimiyyətlərini gözləyən aqibət Balakən əməliyyatından sonra...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son zamanlarda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə korrupsiyaya qarşı əməliyyatlar keçirir. Bunun müxtəlif qurumlarda keçirilməsi dövlətin bu sahədə hərtərəfli fəaliyyətindən xəbər verir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında əslən Balakəndən olan politoloq Zeynal Əmrəliyev DTX-nin son əməliyyatından danışarkən deyib.

Onun fikrincə, Balakən rayonunda analoji əməliyyatın həyata keçirilməsi faktı onu göstərir ki, hələ də baş verənlərdən dərs çıxarmayan vəzifəli şəxslər var:

Prezident İlham Əliyev dəfələrlə Balakən rayonunda səfərdə olub, rayonun inkişafı üçün ən yüksək səviyyədə dövlət proqramları qəbul edilib. Bura ölkənin ən ucqar,  sərhəd rayonudur. Brlə əhəmiyyətli bir rayonda müxtəlif əyri işlərlə məşğul olmaq, prezidentin etimadını doğrultmamaq əlbəttə ki, mənfi hadisədir. Son zamanlarda baş verən hadisələr, Ramiz Mehdiyevin həbsi məsələsi hər kəsə dərs olmalı idi. Dövlətə qarşı cinayət törədən heç kəs cəzasız qalmır, toxunulmaz deyil və onlar öz cəzalarını alırlar”.

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, Balakənin inkişafı üçün çox işlər görür və buna mane olmaq həm də dövlətin iqtisadi siyasətini sabotaj etməkdir:

“Baş verən həbs eyni zamanda regional idarəçilikdə də dəyişikliyin labüd olduğunu göstərir. İcra hakimiyyətlərinin daha çevik idarəetmə institutu ilə əvəz edilməsinin artıq zamanı çatıb. Çünki bu qurum regionların inkişafına ciddi əngəl törədir, bölgələrə investisiya gəlişini əngəlləyir”.

Z.Əmrəliyev qeyd edib ki, DTX-nin bu cür peşəkar fəaliyyəti təqdirəlayiqdir:

“Bu cür əməliyyatlardan hər kəsin lazım olan nəticəni çıxaracağına inanıram. Aparılan əməliyyatlar həm də islahedici səciyyə daşıyır. Kim bu yolla gedirsə, vətəndaşların hüquqlarını, dövlətin siyasətini pozursa, korrupsiyaya yol verirsə, bu aqibətin qurbanı olur və olacaq. Bir neçə ildir ki, davam edən əməliyyatlar dövlətimizin mövcud məsələ ilə bağlı prinsipial siyasətinin olduğunu göstərir”.

Qeyd edək ki, oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. Paralel olaraq, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri