Icma.az
close
up
RU
Balakən əməliyyatından sonra icra başçıları haqda qərar verilə bilər Yeni model

Balakən əməliyyatından sonra icra başçıları haqda qərar verilə bilər Yeni model

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Balakənin həbs olunan icra başçısının 14 il eyni vəzifədə qalması dövlət idarəçiliyində uzunmüddətli təyinatların səmərəliliyi ilə bağlı suallar yaradıb. Bildirilir ki, belə hallarda idarəetmədə durğunluq və korrupsiya riski artır.

Uzun müddət eyni vəzifədə qalmaq idarəetmədə nə kimi risklər yaradır? Gələcəkdə icra başçıları və digər yerli məmurlar üçün vəzifə müddəti məhdudlaşdırıla bilərmi? 

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Azərbaycanda yerli idarəetmə sistemi həm bələdiyyələri, həm də icra hakimiyyətlərini əhatə edir:

“Bu qurumlar paralel şəkildə fəaliyyət göstərdiyi üçün idarəetmənin şəffaflığı, çevikliyi və nəticəliliyi xüsusi əhəmiyyət daşıyır. Praktika göstərir ki, rəhbərlərin uzun illər eyni vəzifədə qalması zamanla durğunluq, şəxsi əlaqə şəbəkələrin güclənməsi və ictimai nəzarətin zəifləməsi ilə nəticələnə bilər. Ona görə də bir çox ölkələrdə vəzifə müddətləri məhdudlaşdırılır. Buna qarşı arqument də var: əgər rəhbər tez-tez dəyişirsə, o zaman uzunmüddətli planların həyata keçirilməsi çətinləşir, komanda daim yenilənir və nəticə almaq gecikə bilər. Ona görə də balanslı yanaşma daha məqsədəuyğundur”.

Razi Nurullayev

Millət vəkilinin sözlərinə görə, optimal model kimi 5 illik vəzifə müddəti və maksimum iki müddət tətbiqi geniş yayılıb:

“Bu, həm təcrübənin qorunmasına imkan verir, həm də idarəetmədə “daşlaşma”nın qarşısını alır. Eyni zamanda yeni kadrların irəli çəkilməsi və daha dinamik idarəçilik üçün şərait formalaşır. Azərbaycanda da gələcəkdə icra hakimiyyəti və bələdiyyə rəhbərləri üçün bu formada müddət məhdudiyyəti tətbiq edilərsə, bu, yerli idarəetmənin səmərəliliyinə, ictimai etimada və şəffaflığa müsbət təsir göstərə bilər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, demokratiyada hakimiyyətin pozucu təsirindən qorunmanın əsas mexanizmləri vəzifədə qalma müddətinin məhdudlaşdırılması, səlahiyyətlərin bölüşdürülməsi və nəzarət sisteminin yaradılmasıdır:

“Bu prinsiplər mövcud olduqda, hakimiyyət insanları daha az pozur. Azərbaycanda isə bu istiqamətdə üç problem müşahidə olunur: məmurlar uzun müddət vəzifədə qalır, ayrı-ayrı şəxslərin səlahiyyətləri həddən artıq genişdir, dövlət və ictimai nəzarət mexanizmləri zəifdir. Bu amillər nəticəsində hakimiyyətin pozucu təsiri güclənir. Rəhbərlikdə uzun müddət qalmaq insanlarda daimi və toxunulmazlıq hissi yaradır. Onlar cəzalanmaq qorxusu ilə hakimiyyəti itirməməyə çalışır, nəticədə bu, məqsədə çevrilir”.

Sərdar Cəlaloğlu

ADP sədri qeyd edib ki, Azərbaycanda məmurların uzunmüddətli vəzifədə qalması çox zaman şəxsi qabiliyyət və xidmətlərlə bağlı olmur:

“Burada iki əsas amil var: tayfa prinsipləri və xarici qüvvələrin maraqlarının yerli səviyyədə təmsil olunması. Bu vəziyyət cəzasızlıq mühitini yaradır, məmurlarda “hakimiyyəti özəlləşdirmə” psixologiyası formalaşdırır. Nəticədə hakimiyyət ailə və tayfa prinsipi ilə formalaşır, kadr seçimi obyektivlikdən uzaqlaşır. Politologiya elminə görə, aşağı və yuxarı keyfiyyətli idarəetmə forması mövcuddur. Aşağı keyfiyyətdə kadrlar birinci şəxsə sədaqətə görə təyin olunur və əsas məqsəd şəxsi maraqlara xidmət etməkdir. Yüksək keyfiyyətli idarəetmədə isə insanlar dövlət və cəmiyyət qarşısında keçmiş xidmətlərinə əsasən vəzifəyə gətirilir, idarəetmədə məsuliyyətli şəkildə iştirak edirlər. Təəssüf ki, Azərbaycanda kadrların şəxsi sədaqətə əsasən təyin edilməsi, onların uzun müddət hakimiyyətdə qalması və nəzarət mexanizmlərinin zəifliyi dövlət idarəçiliyində ciddi problemlər yaradıb. İcra hakimiyyəti seçkili orqan olmadığı üçün burada vəzifə müddətinə dair məhdudiyyətlər mövcud deyil. Ədalətli idarəetmənin təmin olunması üçün bura təyin olunan şəxslərin iki seçki dövrdən artıq vəzifədə qalmaması məqsədəuyğun olardı”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri