Icma.az
close
up
RU
İcra olunmamış cərimələrin silinməsini xahiş edə bilərlər MÜNASİBƏT BİLDİRİLDİ

İcra olunmamış cərimələrin silinməsini xahiş edə bilərlər MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktlarla bağlıdır. Həmin maddənin 7-ci bəndində bildirilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, məhz bu normanı rəhbər tutmaqla vətəndaşlar açıq havada maska taxmamağa görə yazılmış protokol əsasında qəbul edilmiş qərarla bağlı cərimənin yazıldığı yer üzrə məhkəməyə cərimənin silinməsi ilə bağlı müraciət edə bilər: "Hətta İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan qanunvericiliyə uyğun formada həyata keçirilir. Yəni inzibati xətalarla bağlı icraat başlanılıbsa, həmin vaxt inzibati xəta ilə bağlı məsuliyyət qüvvədə olmalıdır.

İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var. Həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.

Əgər hər hansı bir dövrdə inzibati xəta və yaxud hər hansı bir hüquqazidd əməl hesab olunursa və sonradan həmin xəta ləğv olunursa, bunun hüquqazidd əməl olması aradan qaldırılırsa, bu halda əvvəlcədən verilmiş cəzalar icra olunmayıbsa, vətəndaşın vəziyyətini yaxşılaşdıran hal kimi ona tətbiq oluna bilər".

"Buradan belə nəticəyə gəlmək olur ki, hazırda açıq havada maska taxmamağa görə cərimələr ləğv olunduğundan və bununla bağlı məsuliyyət aradan qaldırıldığından vətəndaşlar onların hüquqi vəziyyətini yaxşılaşdıran aktın geriyə qüvvəsini əsas tutmaqla məhkəməyə müraciət edərək icra olunmamış cərimələrin silinməsini xahiş edə bilərlər.

Lakin vətəndaş cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etməyibsə və məhkəmənin vətəndaşın xeyrinə qəbul edilmiş qərarı yoxdursa, ona yazılmış cəriməni ödəməlidir. Əks halda ölkəni tərk edərkən sərhəddə və bu qəbildən olan digər hallarda cərimə ilə bağlı problem yaşaya bilər" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri