Icma.az
close
up
RU
İctimai maraqların qorunmasında kimlər və necə rol oynayır?

İctimai maraqların qorunmasında kimlər və necə rol oynayır?

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmiyyət üçün həyati əhəmiyyət kəsb etdiyi üçün ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub və yenə də başlıca məqsəd hesab olunmaqdadır. İctimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələsinin daim öz aktuallığını qoruması da bu baxımdan heç də təsadüfi sayılmır. Ölkəmizdə, Azərbaycanda da ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi ön planda durur, prioritet hesab olunur və sözsüz ki, bu da aparılan uğurlu siyasətin təzahürüdür.

İctimai maraqlar dedikdə, tək bir fərdin maraqları deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edən maraqlardır. Bu anlayış əlbəttə ki, individual mahiyyəti ümumi anlayışa yönləndirən, xüsusən də çoxluğun marağını üstün sayan bir anlayış olaraq qəbul edilməkdədir. Təbii ki, ictimai maraq fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilməməlidir.

İctimai maraq daha böyük anlayışdır və bunu fərdlər özləri də yaxşı bilirilər. Onu da yaxşı bilirlər ki, ictimai maraqları da tənzimləyən, müdafiə edən elə məhz dövlətdir.

Ölkəmizin təcrübəsinə belə istinad etdikdə görürük ki, dövlət ictimai maraqların keşiyindədir. Bəli ölkəmiz üçün bu hal xarakterikdir və cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilir.

Dövlət maraqlarının, ictimai və milli maraqların təmin olunması məsələsi bizim üçün hər zaman olduğu kimi, ən birinci, ən qabaqcıl yerdə dayanır. Daha dəqiq desək, Azərbaycan Respublikasında bu məsələ hər zaman olduğu kimi indi də prioritetdir. Onu da unutmaq lazım deyil ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini özündə birləşdirir. Eləcə də nəzərə almaq lazımdır ki, milli maraqlar, ictimai maraqlar, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu hesab olunmaqdadır. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyətdir. Ona görə də cəmiyyətimiz intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur.

Cənab Prezident İlham Əliyevin məhz ölkəmizin apardığı siyasətin təməlində dövlət maraqlarının, xalqla iqtidar arasında birliyin dayandığını bəyan etməsi heç də təsadüfi deyil. Bu o deməkdir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, üst-üstə düşən ideal cəmiyyət formalaşıb.Müasir və inkişaf etmiş ölkələrdə ictimai maraqların qorunmasında vətəndaş cəmiyyəti institutları mühüm rol oynayır. Bu institutlar xüsusilə ictimai nəzarətin təşkili, vətəndaş iştirakçılığının təşviqi və dövlət–cəmiyyət dialoqunun gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, vətəndaş cəmiyyəti institutları ictimai maraqların təmin olunmasında əsas mexanizmlərdən biridir. Onun sözlərinə görə, bu institutlar müxtəlif sahələr üzrə ictimai nəzarətin formalaşdırılmasında və vətəndaş fəallığının artırılmasında geniş imkanlara malikdir.

Politoloq qeyd edib ki, bu gün Azərbaycanda ekoloji, iqtisadi, mədəniyyət, gənclərlə iş və gender bərabərliyi kimi sahələrdə vətəndaş cəmiyyətinin fəal iştirakı açıq şəkildə müşahidə olunur. Eyni zamanda, ölkədə uzun illərdir vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları da bu sahədə müsbət nəticələr verib.

Ekspertin sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının alternativ hesabatlar hazırlaması, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təşkili və bu məqsədlə yaradılan ictimai şuraların fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Bu şuralar dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayaraq, ictimai maraqların daha effektiv şəkildə təmin olunmasına töhfə verir.

Politoloq vurğulayıb ki, ictimai maraqların qorunmasında vətəndaş cəmiyyətinin rolunun genişləndirilməsi vacibdir. Dövlət başçısının da qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin tətbiqində vətəndaş cəmiyyəti institutlarının iştirakı bu sahədə əsas amillərdən biri hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri