Icma.az
close
up
RU
Mediada dövlət və ictimai maraqların qorunması

Mediada dövlət və ictimai maraqların qorunması

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İctimai və dövlət maraqlarının müdafiəsi cəmiyyətin hər bir üzvünün maraqlarına daxil olduğu kimi, həm də hər bir vətəndaşın daşıdığı məsuliyyətdir. İctimai və dövlət maraqlarının müdafiəsi məsələsinin cəmiyyət tərəfindən ümumi vəzifə olaraq aydın dərk olunması milli birliyi və həmrəyliyi təmin edir, eləcə də, ümummilli maraqların gerçəkləşməsini asanlaşdırır. 

Dövlət və ictimai maraqların müdafiəsi dövlət və hökumət başçılarının, diplomatların, dövlətin daxili və xarici siyasi kursunu müəyyən edən və həyata keçirən şəxslərin fəaliyyətinin başlıca məqsədi və əsas tərkib hissəsidir. Bununla belə, dövləti və cəmiyyəti bütöv bir sistem kimi nəzərdən keçirsək görərik ki, bu sistemə daxil olan hər bir element onun vəziyyətinə bu və ya digər dərəcədə təsir göstərir. 

Deməli, hər bir cəmiyyət üzvünün fəaliyyəti ictimai maraqlara müəyyən dərəcədə təsir göstərməkdədir. İctimai və dövlət maraqlarının müdafiəsi, ilk növbədə, fərdin vətəndaşlıq borcudur. Peşəsindən, çalışdığı sahədən asılı olmayaraq, fərdin öz işinə dürüst, vicdanla yanaşması, bir vətəndaş olaraq hüquqlarından yararlanmağı bacardığı kimi, cəmiyyət və dövlət qarşısındakı vəzifələrini də yerinə yetirməsi ictimai maraqların təmin olunmasında mühüm faktordur. 

Bəzən liberal yanaşmada şəxsi hüquq və azadlıqlar ictimai və dövlət maraqları ilə qarşı-qarşıya qoyularaq, sanki barışmaz və biri digərinə təhlükə törədən dəyərlər kimi təqdim olunur. Halbuki, fərdi və ictimai, yaxud dövlət maraqları bir-birilə əlaqəlidir. Fərdin hüquq və azadlıqlarının onun cəmiyyət və dövlət qarşısındakı məsuliyyəti ilə uzlaşdırılması həm şəxsi, həm də ictimai mənafelərin təmin olunmasına əlverişli şərait yaradır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, media nəzəriyyələrinin istinad etdikləri əsas meyar elə məhz ictimai maraqdır:

“Jurnalistin, o cümlədən, ümumilikdə  peşəkar medianın əsas missiyası  cəmiyyətə doğru, düzgün, etimadlı xəbər çatdırmaqdan ibarətdir.  Amma media nəzriyyələrində belə bir sual da müzakirə olunur ki, jurnalist doğru, düzgün hesab olunan  bütün xəbərləri auditoriyaya çatdırmalıdırmı? Bu sual təsadüfdən yaranmayıb. 

Əvvəla, xəbərlər kəmiyyət baxımından çoxdur. Jurnalist, media subyekti bu xəbərlər sırasında  ilkin seleksiyadan keçirir, onların zəruri olanını auditoriyaya çatdırır. Yaxud, elə xəbərlər bar var ki, doğru olmaqla yanaşı, həm də maraqlıdır, amma onların ötürülməsi də məqbul sayılmır. Bəs jurnalist ilkin seleksiya apararkən, hansı meyarlara söykənir? Doğru olan, həqiqəti ifadə edən, amma yayılması lüzumsuz görünən xəbərlər hansılardır? 

Nəzəriyyələrdə qeyd edilir ki, jurnalist üçün seçim meyarı ictimai maraqdır. Bu kontekstdə bildirilir ki, jurnalistin işi cəmiyyətin marağında olan informasiyaları axtarmaq, tapmaq, emal edib cəmiyyətə çatdırmaqdır. Beləliklə, qısa ifadə etsək, media nəzəriyyələrinin istinad etdikləri əsas meyar ictimai maraqdır. Yəni, jurnalistin, media subyektinin əsas missiyası cəmiyyətin marağında olan məlumatları axtarmaq, tapmaq, dəqiqləşdirmək və cəmiyyətə çatdırmaqdır”. 

Müşfiq Ələsgərli qeyd edib ki, dövlət və ictimai maraqların müdafiəsi üçün əsas meyar ictimai marağın tələbləri üzərində qurulmalıdır:

“Hesab edirəm ki, dövlət və ictimai maraqların müdafiəsi üçün dövlət və media qurumlarının əməkdaşlığı da bu meyara söykənməlidir. Əsas meyar ictimai marağın tələbləri üzərində qurulmalıdır.  Təəssüf ki, biz bəzən bunun əksini görürük. 

Bəzi media subyektlərinin fəaliyyətində müşahidə edirik ki, nəinki doğru-düzgün xəbərlərin arasında seçim aparılmır, ictimai marağa söykənən xəbərlər seleksiya edilib çatdırılmır, əksinə,   bəzən düzgün olmayan, ictimai marağa zidd, qeyri-dəqiq, hansısa maraqlar naminə manipulyasiya edilmiş xəbərlər emal olunaraq yayılır. Bu cür fəaliyyət həm media nəzəriyyələri, həm qanunlar, həm də medi kodeksi  ilə qeyri-məqbul sayılır”.  

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.   


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri