Icma.az
close
up
RU
İctimai nəqliyyata marağı artırmaq üçün müxtəlif tədbirlər görülməlidir Ekspert

İctimai nəqliyyata marağı artırmaq üçün müxtəlif tədbirlər görülməlidir Ekspert

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəqliyyat sektorunun inkişafı və vətəndaşların rahatlığı müasir dövrün vacib tələblərindən biridir. Bakının bəzi kəndlərinə gedən avtobusların gediş haqqı 70-80 qəpik təşkil edir. Bu gedişhaqqı məsafədən asılıdır. Belə hallarda, şəhərdaxili nəqliyyatın daha əlverişli və rahat olması üçün əlavə tədbirlər görülməsi vacibdir.

Bildiyimiz kimi "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən bütün “Stadler” qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir.

Bəs Bakı kəndlərinə gedən avtobuslarda pulsuz “Wi-Fi” quraşdırıla bilərmi?

Məsələ ilə bağlı nəqliyyat ekspert Ərşad Hüseynov "Operativ Media" açıqlama verib. Ekspert bildirib ki, bugün ictimai nəqliyyata maraq artırmaq üçün müxtəlif tədbirlər görülməlidir:

"İlk növbədə, avtobuslar dəqiq qrafiklə işləməli və sürücülər təhlükəsiz və məsuliyyətli şəkildə idarə etməlidir. Onlar həmçinin mədəni davranış qaydalarına əməl etməli və sərnişinlərə hörmətlə yanaşmalıdırlar. Avtobuslar rahat və komfortlu olmalı, sərnişinlərə daha yaxşı şərait təqdim etməlidir. Bu sahədə artıq bir sıra işlər görülür və bu təşəbbüslər çox önəmlidir.

Lakin, ictimai nəqliyyatla bağlı olan məsələlərə əlavə olaraq, bəzi qeyri-adi dəyişikliklər də həyata keçirilə bilər. Məsələn, avtobuslarda ödənişsiz "Wi-Fi" şəbəkəsinin yaradılması bu dəyişikliklərdən biridir. Belə bir imkan sərnişinlər üçün böyük rahatlıq təmin edər.

Bu, həm də avtobusların cəlbediciliyini artırar və daha çox insanı ictimai nəqliyyatdan istifadə etməyə təşviq edər. Əgər texniki cəhətdən hazırda avtobuslarda pulsuz "Wi-Fi" şəbəkələri quraşdırmaq mümkündürsə, bu addımın atılması çox faydalı olar. 

Bununla yanaşı, bu cür addımın maddi tərəfi də nəzərə alınmalıdır. Bəli, bu xidmətin təmin edilməsi müəyyən maliyyə resursları tələb edəcək, lakin uzun müddətdə sərnişin sayını artırmaqla, ictimai nəqliyyatın daha əlverişli olmasını təmin edəcək. Bu da şəhər nəqliyyatına olan tələbi artırar və bu sektorda inkişafı stimullaşdırar.

Həmçinin, sərnişinlər avtobusda internetə daxil olaraq, öz işlərini görə bilər, eyni zamanda yol boyu internetdən faydalı şəkildə istifadə etməklə zamanlarını səmərəli keçirə bilər. Bu, insanlara əlavə rahatlıq verər və onların ictimai nəqliyyata olan marağını artırar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 27 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri