Icma.az
close
up
RU
İctimai nəqliyyatda bu dəyişikliklər olacaq VACİB AÇIQLAMA

İctimai nəqliyyatda bu dəyişikliklər olacaq VACİB AÇIQLAMA

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İctimai Nəqliyyat” Fonduna 155 milyon manat vəsait ayrılacaq. Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, 2026-cı ildə yol vergisi üzrə daxilolmaların 155 milyon manatı “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu (MBF), 239,4 milyon manatı isə “Avtomobil Yolları” MBF üzrə nəzərdə tutulub.

Bu vəsaitin ayrılması nəqliyyat sistemində hansı real dəyişikliklərə gətirəcək? 

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, ictimai nəqliyyatın inkişafına dövlət dəstəyinin artırılması müsbət addımdır:

“2026-cı il üçün nəzərdə tutulan bu layihə çox uğurlu qərardır. Əgər ayrılan vəsait şəffaf şəkildə, təyinatı üzrə xərclənsə, köhnə və istismara yararsız avtobuslardan xilas ola bilərik. Avtobus parkı tam yenilənə bilər. Bununla belə, bütün avtobusların elektrikli olması da məqsədəuyğun deyil. Havanın soyuması ilə elektrikli avtobusların texniki problemləri artır, bəzən onlar yolda qalır. Bu səbəbdən, təxminən 40-50 faizi daxili yanma mühərrikli, qalan hissəsi isə elektrikli avtobuslardan ibarət olmalıdır. Əsas olan odur ki, bunlar yeni və müasir tələblərə cavab verən nəqliyyat vasitələri olsun. Yeni avtobusların alınması ilə yanaşı, onların sayının da artırılması vacibdir. Hazırda bəzi marşrutlarda, məsələn, 20 avtobus fəaliyyət göstərirsə, bu say 30-a çatdırılmalıdır. Belə olduqda intervallar azalacaq, sərnişinlərin gözləmə vaxtı qısalacaq. Pik saatlarda nə metro, nə də avtobuslar sərnişin axınını tam qarşılayır. Bakı şəhərində əhali sürətlə artır, buna görə də tıxac probleminin qarşısını almağın ən effektiv yolu ictimai nəqliyyatı gücləndirməkdir”.

Adil Nəbiyev qeyd edib ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna ayrılan vəsaitlərdən də səmərəli istifadə olunmalıdır:

“Yollara ayrılan məbləğ düzgün, şəffaf və nəzarətli şəkildə xərclənsə, infrastruktur da tədricən yaxşılaşacaq. Məsələn, xəttlənmə işlərinə milyonlarla manat ayrılır, lakin çox vaxt keyfiyyətsiz materiallardan istifadə edilir. Yağışdan sonra yol xətləri tez silinir. Bu, nəzarətin zəif, şəffaflığın isə təmin olunmamasından irəli gəlir. Halbuki ayrılan büdcə vəsaitləri səmərəli istifadə olunsa, yollarda keyfiyyət də, təhlükəsizlik də artar. Yol infrastrukturunun keyfiyyətinin artırılması təkcə komfort deyil, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

Xarici ölkələrdə yol xəttləri daha keyfiyyətli materiallarla, həm də bir qədər yerdən hündür formada çəkilir. Onlarda fosforlu, işıq qaytarıcı elementlərdən istifadə olunur ki, bu da xüsusilə gecə vaxtı yolların daha yaxşı seçilməsinə imkan yaradır. Belə nişanlanmalar yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verir və qəzaların sayının azalmasına səbəb olur. Çünki çox vaxt qəzalara yalnız sürücü deyil, həm də yolların düzgün işarələnməməsi səbəb olur.

Məsələn, Rusiyada yollarda çəkilən xətlər həm yerdən bir qədər hündür olur, həm də fosforlu maddələr sayəsində işığı əks etdirir. Üstəlik, bu xəttlər bir qədər sürüşkən olur, avtomobil onun üzərinə çıxanda sürücü dərhal hiss edir. Bu, həm xəbərdarlıq, həm də təhlükəsizlik funksiyası daşıyır. Təəssüf ki, bizdə bu cür texniki təhlükəsizlik məsələlərinə hələ lazımi səviyyədə diqqət göstərilmir”.

Ekspertin fikrincə, şəffaflıq və nəzarət güclənsə, bu sahədə də irəliləyiş mümkündür:

“Əgər ayrılan vəsaitlər düzgün istiqamətə yönəldilsə, həm yol örtüyü, həm də nişanlanma işləri keyfiyyət baxımından daha da yaxşılaşar. Dövlət hər il bu sahəyə müəyyən büdcə ayırır, lakin bu, çox vaxt yollarda hiss olunmur. Ümid edirik ki, bu ildən etibarən vəziyyət dəyişəcək, yolların keyfiyyəti, eləcə də asfalt örtüyü və xətlənmə işləri daha standartlara uyğun olacaq. Yollarda ən çox rast gəlinən problemlərdən biri də kanalizasiya və kommunikasiya xətlərinə aid lyuk qapaqlarının düzgün yerləşdirilməməsidir. Bakı küçələrində bu, çox ciddi problemdir. Bu, həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də qəza riskini artırır. Sürücülər çox vaxt həmin qapaqlardan yayınmaq üçün zolağı dəyişir və qəza təhlükəsi yaranır. Halbuki istəsələr, bu məsələni keyfiyyətlə həll etmək mümkündür. Bunun ən bariz nümunəsini hər il Bakıda keçirilən “Formula 1” yarışları zamanı görmək olar. “Formula 1” üçün yollar düzəldiləndə lyuk qapaqları ideal səviyyədə, yol örtüyü ilə tam eyni səthdə olur. Yəni istəsələr, keyfiyyətli iş görmək mümkündür. Sadəcə, bu, istək və nəzarət məsələsidir. Görülən işlər elə keyfiyyətli olmalıdır ki, bir neçə il dayanıqlı qalsın”.

Ekspert sonda əlavə edib ki, yolların tez-tez qazılıb yenidən təmirə ehtiyac yaranmasının əsas səbəblərindən biri də qurumlar arasında əlaqəsiz fəaliyyət göstərilməsidir:

“Bəzən yeni asfalt çəkilir, milyonlarla manat vəsait xərclənir, amma bir neçə aydan sonra həmin ərazidə kabel, kanalizasiya və ya internet xətləri üçün yenidən qazıntı aparılır. Bu da bütün əməyin və xərclərin hədər getməsi deməkdir. Ona görə də bütün kommunikasiya xətləri ilə məşğul olan qurumlar — su, qaz, elektrik, rabitə xidmətləri — əvvəlcədən planlı şəkildə, bir-biri ilə koordinasiyalı işləməlidir. Yollar düzəldiləndən sonra ən azı 10 il ərzində qazıntı işlərinə ehtiyac qalmasın. Əks halda, hər il eyni yerlər təmir olunur və keyfiyyətli nəticə əldə etmək mümkün olmur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri