Icma.az
close
up
RU
İctimai nəqliyyatda intervallar qısalacaq AÇIQLAMA

İctimai nəqliyyatda intervallar qısalacaq AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycanın Çinə məxsus olan "BYD COMPANY LİMİTED" şirkəti ilə əməkdaşlıq çərçivəsinə əsasən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalına başlanılacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, Azərbaycanda elektrik mühərrikli avtobusların istehsal olunması nəqliyyatın vəziyyətinə müsbət təsir göstərəcək:

"Çin Azərbaycan üçün elektrik mühərrikli avtobuslar artıq ixrac edib. Azərbaycan isə bu avtobusları ötən il ərzində idxal edib. 161 ədəd Çinin məşhur elektrik mühərrikli avtobusları bizim ölkəmizə gətirilib. Onlar artıq marşuruta buraxılıb. Bununla yanaşı həmin avtobusların Azərbaycanda zavodunun təməli qoyulub. Bu ilin sonuna qədər 200-250 ədəd yeni elektrik mühərrikli avtobusun istehsal olunması gözlənilir".

Ekspertin fikrincə, elektrik mühərrikli avtobusların ölkəmizdə istehsal olunmasından sonra biz artıq ictimai nəqliyyatı da, şəhərlərarası nəqliyyatı da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə təmin edə biləcəyik.

"Bunun müsbət təsirləri ondan ibarətdir ki, nəqliyyat sayı artacaq, ictimai nəqliyyatda intervallar qısalacaq, vətəndaşlar mənzil başına daha tez çata biləcəklər. Təbii ki, avtobus sayı artırsa, bu, sərnişindaşımanın keyfiyyətini də artırır. Həmçinin bu avtobuslar ekoloji cəhətdən təhlükəsiz nəqliyyat vasitələri sayıldığına görə də, ekosistemin yaxşılaşdırılmasına da bu, yaxşı təsir edəcək", - deyə E.Cəfərov qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri