Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

İctimai nəqliyyatda gəlirlərə nəzarət varmı?

İctimai nəqliyyatda gəlirlərə nəzarət varmı?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Pərviz Heydərov yazır...

Yeni ayın, yəni oktyabrın başlaması ilə ictimai nəqliyyatda qiymətlər artdı. Bunun nədən irəli gəldiyi, hansı nəticələrə hesablandığı kifayət qədər izah olunub. Və bu qərarın əhalidə narazılıq yaratdığı da yazılıb ki, bu da adi xarakter daşıyır.

Belə ki, ölkəmizdə vətəndaşlarımız sosial durumlarından asılı olmayaraq, onsuz da həmişə qiymət artımı əleyhinə çıxıblar və çıxırlar. Halbuki bu, istər-istəməz baş verməlidir. Yəni, məntiq belə tələb edir.

Sual olunur, niyə?

2019-cu ildən bəri ölkədə beş sosial islahat paketi həyata keçirilib ki, hər dəfə də bu, milyonlarla vətəndaşı əhatə edib. Sonuncu, yəni 5-ci paket bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləğinin 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməsiylə həyata keçirilməyə başlandı.

Bu paketin icrası nəticəsində isə 3 milyon vətəndaşın bundan yararlanıb.

Bir sözlə, minimum əməkhaqqının 16% artırılaraq 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqlarının artırılması, əmək pensiyalarının hər il olduğu kimi indeksləşdirilərək yanvarın 1-dən yüksəldilməsi, fevralın 1-dən isə minimum pensiya məbləğinin 14.3% qaldırılaraq 320 manat müəyyən olunması, həmçinin müxtəlif növ sosial müavinət və təqaüdlərin də artırılması kimi addımlar artıq atılmış sayılır.

Ümumiyyətlə, 2019-cu ildən bəri, bu il də daxil olmaqla həyata keçirilən beş sosial paket nəticəsində minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya 3 dəfəyə qədər, müavinət və təqaüdlərin həddi isə keçən ilədək 5 dəfə artıb. Dövlət büdcəsində sosialyönümlü xərclər 2.2 dəfə yüksələrək 2019-cu ildəki 7.8 milyard manatdan 16.9 milyard manata çatıb.

Bütün bunlar da əhalinin gəlirlərinin əhəmiyyətli şəkildə yüksəldib.

Bəli, o başqa söhbətin mövzusudur ki, ötən illər ərzində ölkədə inflyasiya səviyyəsi bunun real hissəsinin neçə faizini "yeyib". Məsələ bundadır ki, ictimai nəqliyyatda da bu müddətdə çox da qiymət artımı baş verməyib...

Az-çox müəyyən keyfiyyət dəyişiklikləri isə olub. Ən azı, nəqliyyat vasitələri dəyişdirilib və təkmilləşdirilib.

Lap, bu dəyişikliklər baş verməsəydi belə, ictimai nəqliyyatdan istifadəyə tələb artıb və genişlənib. Hansı ki, bu, davamlı xarakter daşıyır və daşıyacaq da...

Bu baxımdan da ortada hələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" da var.

Yəni, bütün bunların müqabilində bütövlükdə nəqliyyat sektorunun və onun bir qolu olan avtobus və metroda sərnişindaşımaların da xərcləri artıb və artmaqda da davam edir. Paralel olaraq isə yuxarıda əhalinin gəlirlərinin də yüksəlməkdə olduğunu qeyd etdim.

Odur ki, tarif dəyişikliyi labüd idi. Və üstəlik, bundan bir az da artıq ola bilərdi. Sadəcə, məsələ bundadır ki, keyfiyyət dəyişikliyi üçün qiymət amili əsas şərt deyil.

Ümumiyyətlə, qəpiklərlə artım sayəsində nə ictimai nəqliyyat, nə kommunal sahədə heç bir irəliləyiş əldə etmək olmaz. Keyfiyyət dəyişikliyi üçün xərclər ciddi şəkildə optimallaşdırılmalıdır. Bunun isə iki yolu vardır: ya özəlləşdirmə, ya da gəlirləri nəzarətə götürmək.

Məsələn, kommunal sahədə optimal xərcləmələrə nail olmağın yeganə yolu xidmət subyektlərinin özəlləşdirilməsi, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmasıdır. Dövlət və hökumət qeyd olunan sahələrin idarə olunmasından kənara çəkilməlidir.

Nəqliyyat sektorunda isə gəlirə nəzarət gücləndirilməlidir. Belə ki, müqayisə üçün qeyd edim ki, işığa və qaza görə ödənilən məbləğ müvafiq istehlak və işıq ilə qazın dəyər səviyyəsinə əsasən həyata keçirilir.

Odur ki, sual edirəm: bəs, misal üçün, bir nəfərin avtobusla 1 kilometr məsafəyə daşınmasının maya dəyəri nə qədərdir? Eləcə də, metroda bu rəqəm hansı səviyyədədir? Ümumiyyətlə, bunu dəqiq olaraq, hesablamaq mümkündürmü? O cümlədən, avtobus və metro sərnişindaşımaları üzrə birgünlük və yaxud aylıq dövriyyə - gəlir səviyyəsi müəyyən edilirmi?!

Metro və avtobus parkının yenilənməsi vacibdir. Ancaq bir avtobus və bir metro qatarından sutkada əldə olunan gəlir səviyyəsinin də dəqiq məlum olması zəruri şərtdir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri