İctimai nəqliyyatda ÖDƏNİŞ PROBLEMİ Bank kartları niyə bloklanır?
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Son günlər paytaxtda ictimai nəqliyyatda bank kartları ilə ödəniş zamanı problemlərlə üzləşənlərin sayı artıb. Bir çox vətəndaş bildirir ki, kartlarında kifayət qədər vəsait olsa da, ödəniş zamanı “müvəqqəti bloklanıb” xəbərdarlığı ilə qarşılaşırlar. Onlar bunun nədən qaynaqlandığını bilmirlər. Bu problem demək olar ki, bütün bankların plastik kartlarında görülür.
İstifadəçilər müvəqqəti olan bloklanmanın bəzən 10-15 gün çəkdiyini qeyd edirlər. Bəziləri ay ərzində plastik kartlarla ödənişin limitli olduğunu düşünür.
Ümumiyyətlə, bank kartlarına ödənişlə bağlı limit tətbiq olunurmu? Bank kartlarının uzun müddət bloklanması nə ilə əlaqədardır?
Məsələ ilə bağlı "Bakıkart"ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli Bizim.Media-ya bildirib ki, limit tətbiq olunmur:
“Bank kartları ilə ictimai nəqliyyatda ödənişin həyata keçirilməsi müxtəlif səbəblərdən məhdudlaşdırıla bilər. Bu məhdudiyyət bank tərəfindən qoyulur. Bank kartında lazımi vəsait olmadığı üçün ödəniş sistem tərəfindən həyata keçirilir və borc yaranır. Borc silinənədək kartın üzərinə məhdudiyyət qoyula bilər. Banklara aid tətbiqlərdə son gedişdəki RRN kodu ilə məhdudlaşmanın səbəbini öyrənmək olar”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:225
Bu xəbər 05 May 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















