Icma.az
close
up
RU
İctimai nəqliyyatla bağlı sürpriz: 60 qəpiyə iki dəfə getmək üçün...

İctimai nəqliyyatla bağlı sürpriz: 60 qəpiyə iki dəfə getmək üçün...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin bahalaşması fonunda müəyyən müzakirələr gedir. Bildirilir ki, bir sıra Avropa ölkələrində ictimai nəqliyyat müəyyən əhali kateqoriyaları üçün pulsuz və ya güzəştlidir.

Eyni təcrübənin Azərbaycanda tətbiq olunması mümkündürmü?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, insanlar bu mövzuda əsasən Avropanın inkişaf etmiş ölkələri ilə müqayisələr aparırlar:

“Halbuki həmin ölkələrdə avtomobil, avtobus və digər nəqliyyat vasitələrinin istehsalı var. Bu ölkələr həm istehsalçıdır, həm də istifadədədir. Büdcəyə, əhalinin yaşayış səviyyəsinə baxdıqda, onların müharibə, sosial narahatlıq kimi problemləri uzun müddət yaşamadığını görürük. Belə dinc ölkələrdə ictimai nəqliyyatın güzəştli və ya pulsuz olması mümkündür, amma burada da bu sistemi tətbiq etməzdən əvvəl sınaqlar aparılır, yoxlanılır. Biz isə 10 milyon əhalisi olan bir ölkə olaraq, Almaniya kimi planlı şəhərlərdə tətbiq olunan sistemlərlə özümüzü müqayisə edirik. Bu, absurddur. Şirkət yarım milyon manat vəsait sərf edərək avtobus alırsa, qazanc da əldə etməlidir”.

Elməddin Muradlı

Ekspertin sözlərinə görə, hazırda problem ondadır ki, ictimai nəqliyyat yalnız dövlət və sahibkarların əlindədir:

“Bələdiyyələrin öz nəqliyyatı yoxdur, icra hakimiyyətləri isə əvvəllər mövcud olan sistemləri ləğv edib ki, yalnız sahibkarlar işlədib idarə etsinlər. Sahibkar yarım milyona və ya 300 min manata avtobus alır və bunun texniki xidmətini göstərməli, yanacaq və ehtiyat hissələrinin baha olması fonunda gediş haqqını hesablamalıdır. Məsələn, əvvəl 10 manatlıq və ya 5 manatlıq əyləc qəliblərini dəyişən usta indi daha yüksək qiymət tələb edir. Hər kəs öz zəhmətinin dəyərini bilir, sahibkar da öz sərmayəsini qorumaq istəyir. Bu səbəbdən, gediş haqqı sahibkarın hesablamasına görə müəyyən edilir. Dövlət yarısını subsidiya şəklində ödəyir, vətəndaş isə digər yarısını”.

Elməddin Muradlı bildirib ki, Azərbaycanın imkanları genişləndikcə ictimai nəqliyyatın pulsuz və ya güzəştli olması mümkündür:

“Güzəştlər ilkin mərhələdir, pulsuzluq olması isə hələ ki real görünmür. Lakin müəyyən kateqoriyalara – tələbələrə, məktəblilərə, təqaüdçülərə güzəştlərin tətbiqi mütləqdir. Bunun üçün aylıq və illik kart sistemləri mövcud olmalıdır. İllik kart alan vətəndaş görməlidir ki, gedişi aylıq paketdən daha sərfəlidir və beləliklə insanlar ictimai nəqliyyata daha çox maraq göstərəcəklər. Bundan əlavə, 90 dəqiqəlik gediş sistemi tətbiq oluna bilər: bir gediş üçün ödəniş etdikdə, həmin müddət ərzində digər ictimai nəqliyyat vasitələrində əlavə ödəniş lazım olmayacaq. Məsələn, metrodan çıxıb avtobusa minərkən artıq ödəniş etməyəcək. Bu yanaşma vətəndaşa həm maddi qənaət edir, həm də ictimai nəqliyyatı daha əlçatan edir. Ümumilikdə, texnoloji yeniliklərin tətbiqini, güzəştlərin artırılmasını gözləyirik. Amma hazırda Azərbaycanda bütün ictimai nəqliyyatın pulsuz olması real deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri