Icma.az
close
up
RU
İctimai və dövlət maraqlarının müdafiəsi diqqət mərkəzindədir TƏHLİL

İctimai və dövlət maraqlarının müdafiəsi diqqət mərkəzindədir TƏHLİL

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət maraqları ilə ictimai maraqlar məfhumunu birləşdirən qırılmaz bağlar mövcuddur. Ona görə ki, cəmiyyətlə dövlətin bir-birindən ayrı, təcrid olunmuş şəkildə var olması qeyri-mümkündür. Məhz bu baxımdan da cəmiyyətlə dövlətin birliyi ayrılmaz bir sistemdir. Deməli, ictimai və dövlət maraqlarının müdafiəsi diqqət mərkəzindədir.

Milli maraqlar, ictimai maraqlar və dövlət maraqları bu gün hər şeydən üstün olmalıdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa və yenidənqurma işlərinə nəzər saldıqda görürük ki, həqiqətən də ölkəmizdə dövlət maraqları və ictimai, milli maraqlar ən yüksəkdə durur. Görürük ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, cəmiyyətimizin milli maraqları, təhlükəsizliyimiz hər şeydən öndədir. Əvvəla, vətən torpaqlarının hər qarışı üçün canını, qanını əsirgəməyən vətəndaşlarımızın 44 günlük müharibə dönəmində olan fədakarlıqları gələcək nəsillər üçün də bir örnək, bir nümunə olduğu təkzibedilməzdir. Digər tərəfdən də hazırda işğaldan azad edilən ərazilərimizdə quruculuq, abadlıq işlərində vətəndaşlarımızın məhz dövlətimizin yanında olması, siyasətini dəstəkləməsi elə məhz milli, istimai və dövlət maraqlarının qorunduğunun və diqqət mərkəzində olduğunun təsdiqidir.

Hazırda dünyada baş verənlərin, ələlxüsus da qarşıdurmaların, qərəzli və ikili yanaşmaların fonunda, xüsusən də böyük güclərin maraqlarının kəsişdiyi bir vaxtda milli, ictimai və dövlət maraqlarının müdafiəsini həddindən artıq zəruru və vacib sayılır. Çünki dövlətçiliyə və onun təhlükəsizliyinə təhdid olan hallara yol verməməsi, dövlət maraqlarının müdafiəsi indi daha actual məsələdir. Hər bir vətəndaş öz vətəndaşlıq borcunu başa düşməli və ictimai, eləcə də dövlət maraqlarının müdafiəçisi olmalıdır. İctimaiyyət özü də öz növbəsində bilməlidir ki, dövlət maraqları müdafiə olunmadan heç bir vaxt ictimai maraqlar qoruna bilməz. Sözsüz ki, Azərbaycan xalqının, ölkə ictimaiyyətinin mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərdiyi göz önündədir və bu çox sevindiricidir. Dövlətimizin, maraqlarına zidd olan, dövlətmiliyimizin əksinə olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyimizə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqının, ölkə ictimaiyyətinin hər zaman mübarizə apardığı qürurvericidir. Məhz bu, ictimai və dövlət maraqlarının müdafiəsinin diqqət mərkəzində olduğunu təsdiqləyir.

Diqqətə çatdırmaq yerinə düşərdi ki, ictimai maraq anlayışının hüquqi bazasının formalaşdırılması üçün bir sıra qanunlar belə mövcuddur. Məsələn, “İctimai bilgilərə çatım haqqında” 01 yanvar 2005-ci ildə qəbul edilən, “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli və “İctimai iştirakçılıq haqqında” 01 iyun 2014-cü il tarixində qəbul edilən qanunlar misal göstərilə bilər.

Əslində, ictimai maraqlarla dövlət maraqları eyni anlayışlardır. Əgər dövlət cəmiyyətin maraqlarını müdafiə edirsə, deməli, başqa cür düşünmək də mümkün deyil. İctimai maraqlarla dövlət maraqlarını fərqləndirmək belə olmur. Doğrudur, ictimai maraqlar tez formalaşır, yeniliklərə ən qısa zamanda maraq yaranır, lakin növbəti mərhələdə dövlət maraqları birmənalı şəkildə qəbul edilir. Əlbəttə ki, ümumi ictimai maraqlar, dövlət maraqları həmişə önəmli və öndə olur. Cəmiyyət özü dövlət maraqlarının müdafiəçisinə çevrilir. Biz bunu elə məhz 44 günlük müharibə dönəmində də, müharibə başa çatdıqdan sonra da davamlı şəkildə müşahidə etdik və gördük ki, təkcə ölkə vətəndaşlarımız deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan və məskunlaşan həmvətənlərimiz də dövlətimizin maraqlarından çıxış etdilər və Azərbaycana qarşı aparılan hərhansı qarayaxma kampaniyasına belə qarşı çıxış etdilər. Bir sözlə, ictimai və dövlət maraqlarımızın müdafiəsinin birim hər birimiz üçün ən aktual məsələ olduğunun şahidi olduq.

Sözsüz ki, ictimai və dövlət maraqlarımızın müdafiəsi istiqamətində, dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin, dövlət başçımısın siyasi iradəsinin, qətiyyətinin də şahidi olduq. Dəfələrlə şahidi olduq ki, ölkə rəhbərimiz Azərbaycanın mənafeyi, Azərbaycan xalqının milli maraqlarının qorunmasında hansı mübarizlik nümayiş etdirdi və yenə də həmin mübarizliyi müşahidə edirik. Görürük ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev istənilən diplomatik görüşlərdə, istənilən diplomatik platformalarda ancaq milli maraqlarımızın və dövlət maraqlarımızın müdafiəsindən çıxış edir və hər zaman, hər an dəyərlərimizin keşiyindədir.

İctimai maraqların dövlət maraqları ilə üst-üstə düşməsi hər bir vətəndaşın sosial qayğısının nəzərə alınması fonunda reallaşır. Daha dəqiq desək, vacib məsələlərin müzakirəsi, sosial inkişafın təmin olunması istiqamətində fundamental iş aparılması nəticəsində dövlət və ictimai maraqlar üst-üstə düşür. Sivil cəmiyyətlərdə ümumi ictimai maraqlar həmişə öndə, diqqət mərkəzində olur. Məhz Azərbaycanda dövlət maraqları ilə yanaşı, ümumi ictimai maraqlar da ön plandadır. Ölkəmizdə dövlət əsaslarının elə bir əsaslı bünövrəsi qoyulub ki, cəmiyətimiz üçün ictimai və dövlət maraqları hər zaman diqqət mərkəzindədir. Məhz cəmiyyətlə dövlət arasında sıx körpü olması da bu baxımdan heç də təsadüfi sayıla bilməz. Bu məqamda cənab Prezident İlham Əliyevin fəaliyyətinin xüsusi rolunu da qeyd etmək yerinə düşür. Beləki, ölkə rəhbərimizin vətəndaşlarla görüşləri, bölgələrə səfərləri, görülən işlərlə bağlı hesabatlar onu göstərir ki, dövlətimiz, dövlət başçımız üçün hər bir vətəndaşın sosial qayğısı olduqca önəmlidir. Deməli, sözün əsl mənasında, həqiqətən də Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi diqqət mərkəzindədir.

Sözsüz ki, hər bir azərbaycanlı üçün ictimai və dövlət maraqları hər an, hər zaman diqqət mərkəzində olmalı və ən vacib hesab olunmalıdır. Kimliyindən, hansı peşənin sahibi olmasından, harada yaşamasından asılı olmayaraq, ictimai və dövlət maraqlarının qorunması kontekstində hər bir azərbaycanlının üzərinə bəlli məsuliyyət düşür. Bilməliyik ki, hər birimizin ilk növbədə bilməli olduğumuz, məhz doğma Azərbaycanımız naminə, ictimai və dövlət maraqlarımızın qorunması naminə əlimizdən gələni əsirgəməmək kimi bir məsuliyyətimizin olmasıdır. Bu məsuliyyəti bundan sonra da dərindən dərk etmək, ictimai və dövlət maraqlarının qorunmasının çox vacib olduğunu unutmamaq üçün ölkəmizdə davamlı şəkildə maarifləndirmə işi aparılmalıdır və aparılır da. Məsələn, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı istiqamətində mühüm addımların atıldığını və bunun nəticəsini də görürük. Xüsusən də, təhsil ocaqlarında, ələlxüsus da orta və ali məktəblərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması məqsədi ilə kifayət qədər təbliğatın aparıldığını, maarifləndirmə işlərinin görüldüyünü və bunun da nəticələrini görməkdəyik. Bizim hər birimiz artıq gördük və şahidi olduq ki, gənclərimizin, vətəndaşlarımızın vətənin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşməsində bu təbliğat, bu maarifləndirmə, məhz azərbaycanlı gənclərin vərənpərvərlik ruhunda tərbiyə edilməsi böyük tövhələr verdi. Məhz ictimai və dövlət maraqlarına böyük önəm verməsi sayəsində, həmrəyliyimiz, birliyimiz sayəsində, rəşadətli Azərbaycan Ordusu məhz Müsəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoydu, torpaqlarımız işğaldan azad olundu. İctimai və dövlət maraqlarının qorunmasının nə dərəcədə vacibliyi bir daha özünü əyani şəkildə sübut etdi. Sübut olundu ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi diqqət mərkəzindədir.

Müəllif: İnam Hacıyev

6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Mart 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri